Xəbər lenti
Marsa uçuş kosmonavtların ömrünü 2,5 il azaldacaq
Marsa uçuş kosmik radiasiyanın təsiri nəticəsində kosmonavtların ömrünü təxminən 2,5 il azalda bilər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Marsa ekspedisiya riskləri kosmik biologiyalar və tibb üzrə Moskvada keçirilən XVII konfransın iştirakçıları tərəfindən qiymətləndirilib. Mütəxəssislərin hesablamalarına görə, Yerdən Marsa uçuş müddəti 2 il təşkil edəcək. Kosmonavtlar üçün planetlərarası səyahət və 4 ilkin orbital uçuşdan sonra radiasiya riskinin ümumi həcmi təqribən 12 faizə çatacaq. Rusiyada kosmonavtın karyerası ərzində mümkün radiasiya riski üçün müəyyən edilən hədd 10 faizə bərabərdir.
Hazırda Marsa yalnız pilotsuz missiyalar uçur. Noyabrda "Mars InSight" aparatı Qırmızı planetə çatıb. Zondun əsas vəzifəsi Marsın daxili quruluşunun və planet təkində geoloji proseslərin tədqiqindən ibarətdir. Zond bir neçə cihaz, iki kamera, hava ötürücüsü və künc reflektoru ilə təchiz edilib. Aparatın əsas alətləri tektonik aktivliyin ölçülməsi və meteoritlərin düşməsinin qeyd edilməsi üçün nəzərdə tutulan "SEIS" seysmometri, eləcə də "HP3" elektromexaniki burovudur. Hər iki alət eniş platformasının yanında işləyəcək. Onları platformaya 2,4 metr uzunluğunda "IDA" robotlaşdırılmış əl yerləşdirəcək.
Missiyanın planı 5 metr dərinliyində quyunun qazılmasını nəzərdə tutur. Ora Mars süxurunda istilik axınlarının ölçülməsi və onun tərkibinin dolayı qiymətləndirilməsi üçün temperatur ötürücülərinə malik lent yerləşdiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar