Xəbər lenti
Prokuror Trampın ailəsinə qarşı istintaq başladır
Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms ABŞ prezidenti Donald Trampa və onun ailə üzvlərinə, o cümlədən də yaxın ətrafındakı hər bir şəxsə qarşı istintaq başladacaq.
Manevr.az xəbər verir ki, bu barədə prokurorun özü bəyan edib. Bildirib ki, Tramp və ona yaxın insanların qanun pozuntularını üzə çıxarmaq üçün əlindən gələni edəcək.
“Biz Trampın və onun ailəsinin bütün qanunsuz biznes əməliyyatlarını araşdırmaq üçün hüququn hər bir sahəsindən istifadə edəcəyik” – prokuror Ceyms vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzeti ABŞ prezidenti Donald Tramp və ailəsi ilə bağlı apardığı xüsusi araşdırma nəticəsində Trampın 1990-cı illərdə şübhəli vergi sistemi qurduğunu və ailə üzvlərinin milyonlarla dollar məbləğində vergidən yayınmasına kömək etdiyini iddia edib. Həmçinin, prezidentin atası Fred Trampın öz övladlarına 1 milyard dollardan çox miras qoyduğu və bunun vergisinin 550 milyon dollar olduğunu deyən qəzet, Tramp qardaşlarının mirasa görə sadəcə 52,2 milyon dollar vergi ödədiklərini üzə çıxarıb. Və məlum olub ki, ABŞ-ın Daxili Gəlirlər Xidməti Tramp ailəsinin bu cür ciddi qanun pozuntuları və maliyyə maxinasiyalarına demək olar ki, göz yumub.
2016-cı ildə seçkiqabağı kampaniyada prezidentliyə rəqib namizəd Hillari Klinton da Trampı vergidən yayınmaqda günahlandırmışdı. Lakin ittihamlardan yaxa qurtarmaq üçün Tramp vergi bəyannamələrini ictimailəşdirməkdən imtina etmişdi. Hətta bildirmişdi ki, öz şirkətini heç kəsin dəstəyi olmadan təkbaşına qurub və ailəsindən ona çox az miqdarda miras qalıb (lakin Trampın uşaqlığından bəri ailəsindən 413 milyon dollar miras əldə etdiyi bildirilir)./azvision.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar