Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Jirinovski artistləri tənqid edib: “Axı nə qədər olar?”

Tarix: 12-12-2018 22:23     Baxış: 2228 A- / A+
Jirinovski artistləri tənqid edib: “Axı nə qədər olar?”

Rusiyalı siyasətçi, Liberal-demokrat Partiyasının sədri Vladimir Jirinovski eyni artistlərin müxtəlif kanalların Yeni il şənlik proqramlarında iştirak etməsinə qadağa qoyulmasını təklif edib.

Siyasətçi bunu rusiyalıların heç olmasa Yeni il gecəsi seçim etmək hüquqlarının olması ilə əsaslandırıb.

Manevr.az
bildirir ki, bu haqda V.Jirinovski dekabrın 12-də jurnalistlərə deyib.
“Axı nə qədər olar? İnsanlar artıq narazıdırlar və tələb edirlər ki, fərqli kanallarda müxtəlif insanlar və yeni simalar olsun. Bir kanaldan o biri kanala qaçmağı qadağan etmək lazımdır.

İnsanlar artıq bu səbəbdən televiziyaya baxmır. Ona görə də biz mədəni-əyləncəli proqramlarda yenilik tələb edən insanları dəstəkləyirik”, – deyə o bildirib.

Siyasətçi vurğulayıb ki, Rusiyada hər il istedad axtarışında olan çoxlu müsabiqə təşkil edilir və gənc ifaçılar üzə çıxır, lakin onları Yeni il şoularına buraxmırlar.

“Çox güman ki, onları sıxışdırırlar. Deməli, biz onlara yardım göstərməliyik. Gəlin hər il Yeni il şoularında çıxış edən ifaçıların heç olmasa üçdə birini yeniləyək”, – deyə Jirinovski özünün “Telegram” kanalında yazıb./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar