Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan Parlamentində deputatlar arasında dava - VİDEO

Tarix: 12-12-2018 17:19     Baxış: 2269 A- / A+
Gürcüstan Parlamentində deputatlar arasında dava

Prezident seçkiləri məsələsi Gürcüstan Parlamentində Milli Hərəkat Partiyasının üzvü Nika Melia ilə Vətənpərvərlər Alyansı Partiyasının üzvləri İrma İnaşvili və Emzar Kvitsiani arasında əlbəyaxa davaya səbəb olub.

Nika Melianın bəyanatı Vətənpərvərlər Alyansı Partiyasının deputatlarını qıcıqlandırıb.

Deputat yenidən Gürcü Arzusu Partiyasını tənqid edərək onların seçkini saxtalaşdırdıqlarını bildirib. Bundan sonra isə reqlamentə uyğun olaraq İrma İnaşvili çıxış edib. Nika Melia isə onun sözünü bir neçə dəfə kəsib. İrma İnaşvili deputatı sakitləşməyə, dərman qəbul etməyə və açıq havaya çıxmağa çağırıb, sonra isə Nika Melianın yanına gedib və mübahisə edib.

Bundan sonra Gürcüstan Parlamentinin iclas zalında vəziyyət gərginləşib. Gürcü Arzusu, Milli Hərəkat və Vətənpərvərlər Alyansı partiyalarının deputatları arasında fiziki qarşıdurma baş verib.

“Burada heç nə baş vermir, həmkarlarım, Milli Hərəkat Partiyası vəd etdiyimiz uğursuzluğu qəbul edə bilmir,” - deyə İrakli Kobaxidze Parlament sədri tribunasından bildirib.

Daha sonra Parlamentin sədri texniki fasilə elan edib. report

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar