Xəbər lenti
Putinin alman kəşfiyyatına aid vəsiqəsi üzə çıxdı - Kreml şərh verməkdən imtina etdi
Ötən gün xarici mətbuatın ən geniş yer verdiyi mövzulardan biri Rusiya prezidentinin Almaniya kəşfiyyatı ilə əməkdaşlığını təısdiqləyən sənədin üzə çıxması olub.
Manevr.az ”azpolitika”ya istinadən xəbər verir ki, Almaniyanın məşhur "Bild” qəzeti Vladimir Putinə "Ştazi”nin(Almaniya kəşfiyyatı belə adlandırılır) 1985-1990-cı illərdə verdiyi məxfi vəsiqənin fotolarını yayımlayıb.
Xarici mətbuat yazır ki, həmin vəsiqə o vaxtlar SSRİ KQB-sində çalışan V.Putinin alman kəşfiyyatı ilə əməkdaşlığını təsdiqləmiş olur. Nədənsə indiyə qədər bu sənədin mövcudluğu barədə heç kimin xəbəri olmayıb.
"Bild” yazır ki, sözügedən vəsiqə "Ştazi”nin Drezden şəhər idarəsinin arxiv sənədləri yoxlanılarkən üzə çıxıb. Qəzet bildirir ki, buna qədər alman kəşfiyyatının hazırkı rəhbərliyi belə bu vəsiqənin mövcudluğundan xəbərsiz olub.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edib və Xarici Kəşfiyyat İdarəsinə müraciət etməyi məsləhət bilib. Peskov sadəcə əlavə edib ki, həmin dövrdə SSRİ ilə Almaniya Demokratik Respublikasının(ADR) xüsusi xidmət orqanlarının sıx əməkdaşlığı mövcud olub. Və buna görə də o illərdə Almaniyada işləmiş V.Putinə belə bir vəsiqənin verilməsi mümkün idi.
Xatırladaq ki, Rusiyanın hazırkı prezidenti 1985-1990-cı illərdə KQB əməkdaşı qismində Almaniyanın Drezden şəhərində çalışıb. Həmin dövrdə "podpolkoivnik” rütbəsi alan Putin hətta "ADR ordusu qarşısında xidmətlərinə görə” bürünc medalla təltif olunub və şöbə rəisinin köməkçisi vəzifəsinə qədər yüksəlib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar