Xəbər lenti
Fransada “insan haqları”: aksiyaçılara divan tutulur…
Fransada qaynayan qazanın suyu Avropanın digər "demokratik” ölkələrinə də sıçrayıb. İlk olaraq Yunanıstanda gərgin olaylar başlayıb. Paytaxt Afinada etirazçılar küçələrə axın edərək polisə daş və "Molotov kokteyli” atıblar. Etiraz aksiyası 2008-ci ildə 15 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsinin ildönümü ilə bağlı keçirilib. Daha sonra Belçika və Hollandiyada iğtişaşlar başlayıb.
Belçikanın paytaxtı Brüsseldə aksiyalar təşkil edən yüzlərlə “sarı jiletli” küçələrə axışıb. Onlar “Sarı jiletli” və “Qış yaxınlaşır” pankartları açaraq, Avropa İttifaqının qurumlarının yerləşdiyi binalara doğru yürüş keçiriblər. Avropa İttifaqı Şurasının binası yaxınlığında etirazçıları polis qarşılayıb və 50 nəfəri həbs ediblər.
Hollandiyanın paytaxtı Amsterdam da etiraz aksiyaları keçirilib. Nümayişdə hökumətin istefası tələb edilib.
Hər dörd dövlətdə narazı kütlə polislər tərəfindən ən sərt üsullarla dağıdılıb, insanlara güc tətbiq edilib. Bir sıra ekspertlərə görə, Avropanı silkələyən etirazların kökündə toplumları bezdirən qlobal iqtisadi böhran, ciddi maliyyə problemləri və siyasi idarəetmədən narazılıq dayanır.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Avropa ölkələri illərlə digər dövlətlərə insan hüquqlarının qorunmasından dərs keçiblər. Öz dövlətlərini nümunə göstəriblər. Ancaq yaşanan olaylar göstərdi ki, Qərb ölkələrinə rəhbərlik edən güclər heç də demokratik ənənələrə sadiq deyillər:
“İstədikləri zaman gənc, yaşlı, qadın, uşaq bilmədən döyə, öldürə bilirlər. Son olaylardan sonra bir daha sübut olundu ki, demokratiya bunlar üçün sadəcə bir təzyiq vasitəsidir. Hər gün, hər ay insan hüquqlarından danışan, sərbəst toplaşmaq azadlığından bəhs etməkdən yorulmayan bir sıra beynəlxalq təşkilatlar Fransada baş verən polis zorakılığını, qarşıdurmaları görmür, yaxud özlərini görməzliyə vururlar. Polisin vətəndaşlara verdiyi işgəncələrə susurlar. Çünki həmin beynəlxalq təşkilatlar bəlli güc mərkəzlərinin nəzarətindədir. Ona görə də susmaq məcburiyyətində qalırlar”.
Partiya funksionerinin sözlərinə görə, Fransada "Sarı jiletlilər” adı ilə başlanan aksiya qarşısıalınmaz dərəcədə genişlənməkdədir:
“Hüquq-mühafizə orqanları açıq şəkildə, bütün dünyanın gözü qarşısında sosial vəziyyətə etiraz edən insanlara divan tutmaqdadır. Avropanın aparıcı ölkəsi, eyni zamanda Minsk Qrupunun həmsədri olan Fransada neçə gündür əhali ilə hüquq-mühafizə orqanları arasında ciddi qarşıdurmalar davam etməkdədir. Onminlərlə insan küçələrdə hökumət üzvlərinə, ölkənin siyasi rəhbərliyinə kəskin etiraz etməkdədir. Yüzlərlə insan ağır xəsarətlər alıblar, 3000-dən artıq aksiyaçı həbs edilib. Hökumət nəzərdə tutulan vergi tutumunun qaldırılmamasını bəyan etsə də, dinc proses bitmir. Qərb mətbuatının yaydığı məlumata görə, aksiya və polis işciləri arasında dünyasını dəyişənlər var. Fransada baş verənlər birbaşa hökumətin istefası üzərində köklənir. Bu da deməyə əsas verir ki, Fransada baş verənləri məqsədli şəkildə idarə edənlər var. Yəni açıq desək, Qərb Fransada hökumətin devrilməsinin tərəfdarı kimi görünür. Heç də təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə vasitəsi ilə aksiyaçılara dəstəyini nümayiş etdirdi”./axar.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar