Xəbər lenti
Bərbərini deputat edən Paşinyanın SEÇKİ OYUNU
Ermənistanda dekabrın 9-da növbəti dəfə seçki oyunu oynanıldı. Seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu. Parlamentə keçirilən şəxslərin adları və açıqlanan seçicilərin sayı seçki oyununun diqqətçəkən məqamlarından idi.
Manevr.az xəbər verir ki, seçkilərdə qələbə qazanan baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşınyanın qardaşı oğlu, qaynı, dostu və həkimi, bərbəri parlamentə üzv seçiliblər.
Yeni parlamentin cinayət törətməsi üzündən haqqında məhkəmə prosesi davam edən iki nəfər üzvü var. Nəticələrə görə seçkidə adları seçici siyahısında olanların 50 faizdən azı səs verib.
Sarkisyanın seçki fokusları nəticəsində seçici sayı süni artırılmışdı, bunun üçün xaricə köçənləri, orada yaşayanları seçici kimi siyahıda saxlayırdılar.
Ermənistanın əhəlisi 2018-ci ilin iyul ayının 1-nə (yəni, yeni hökumətin hesablamalarına görə) 2 mln. 969 min 800 nəfərdir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə, güya 2 mln. 592 min 481 nəfər seçici var.
Adi məntiqə görə, 2,9 mln. əhalisi olan ölkədə 2,6 mln. seçici, yaşı 18-dən aşağı cəmi 300 min nəfər ola bilməz. Demək , Paşinyan seçkilərə Sarkisyan dövrünün saxta siyahıları ilə gedib. 100 minlərlə "seçici" şişirtməsi var. Seçki bu şişirtmə (pripiska ) sayəsində qazanlıb./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar