Xəbər lenti
ABŞ sakini Santa-Klausun olmadığını dedi, həbs olundu
ABŞ-ın Texas ştatında uşaqlara Santa-Klausun əslində mövcud olmadığını deyən dini fanat həbs olunub.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda “NBCDWF.com” məlumat yayıb.
Aaron Urbanski adlı həmin şəxs və daha iki fəal Klibern şəhərində “Santa ilə səhər yeməyi” adlı tədbirinin keçirildiyi Sent Mark metodik kilsənin qarşısına toplaşıb. Onlar tədbirə gələn uşaqlara yaxınlaşaraq, Santa-Klausun qondarma olduğunu, əksinə, İsa Məsihin real insan olduğunu söyləyiblər.
Polisdən bildiriblər ki, kilsə rəhbərliyi bir neçə dəfə onların ərazidən uzaqlaşmasını tələb edib. Digər iki fəal göstərişə əməl etsə də, Urbanski inad göstərib və təbliğatı davam etdirib.
Analardan birinin sözlərinə əsasən, həmin şəxslər onların qarşısını kəsərək “Siz necə valideynsiniz ki, uşaqlarınıza Santa-Klausa inanmağa qoyursunuz, onlar heç olmasa, İsanın kim olduğunu bilirlər?”, - deyə məzəmmət dolu suallar yağdırıblar.
Qadınların buna etirazından sonra o daha da hiddətlənərək, Santa-Klausun mövcud olmadığını car çəkməyə başlayıb.
Həbs olunan dini fanata hansı cəzanın veriləcəyi məlum deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar