Xəbər lenti
"Dövlətimizin bu istiqamətdə əldə etdiyi nəticələr dünya birliyi tərəfindən yüksək qiymətləndirilir"
Azərbaycan Respublikasını "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutması cənab prezident İlham Əliyevin reallaşdırdığı uğuru daxili və xarici siyasətin bariz nümunəsidir.
Azərbaycan hər zaman terrorla mübarizənin ən fəal tərəfdarlarından biri kimi çıxış edir. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında vurğuladığı ən əhəmiyyətli məsələlərdən biri istər regional istərsə də qlobal səviyyədə terrorla mübarizə fəaliyyətlərinin genişləndirilməsi məsələsidir. Bu da onu göstərir ki, Azərbaycan xarici siyasət kursunun əsas prioritet məsələlərindən biri də məhz terrorla mübarizədir.
2001-ci ilin 11 sentyabr hadisələri dünya dövlətlərinin beynəlxalq terrorizmə və təcavüzkar separatizmə daha həssaslıqla yanaşması, terrora və onu dəstəkləyən dövlətlərə qarşı barışmaz mövqenin təşəkkül tapması, qlobal cinayətlər əleyhinə mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsi üçün zəmin yaratmışdır.
Azərbaycan Respublikası 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına daxil olan ilk dövlətlərdən biridir. Dövlətimizin bu istiqamətdə əldə etdiyi önəmli nəticələr dünya birliyi və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Heç şübhəsiz ki, Azərbaycanın terrorla mübarizə fəalliyətlərində uğurlar əldə etməsin də ən mühüm amillərdən biri də Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və digər hüquq-mühafizə orqanlarının öz işinin öhdəsindən layiqincə gəlməsindən irəli gəlir. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar