Xəbər lenti
Putinin maskasını taxıb türk vətəndaşlarına kabus yaşatdılar - FOTOLAR

Ukraynada iki türk vətəndaşı maskalı və silahlı adamlar tərəfindən qarət edilib. Şübhəlilərin rus lideri Vladimir Putinin maskalarını taxaraq soyğun təşkil etdiyi öyrənilib.
Manevr.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev yaxınlığında avqust ayında baş verən qarətin təfərrüatları ortaya çıxıb.
Məlumata görə, bir qrup soyğunçu Kiyev yaxınlığındakı Lubyanka qəsəbəsinin qovşağında “Mercedes-Benz” markalı bir avtomobili dayandırıb və içindəki adamları silah gücü ilə bayıra çıxarıb.
İkisi türk, biri isə Ukrayna vətəndaşı olduğu bildirilən bu adamlara yerə yatmalarını söyləyən soyğunçular avtomobilin içində tapdıqları 20.000 dolları oğurlayaraq məlum olmayan bir istiqamətə doğru gediblər.
Oğurluq hadisəsi ilə əlaqəli olaraq başlanılan istintaq nəticəsində polisin Kiyevdə bir sıra ünvana basqın təşkil etdiyi və dörd şübhəlinin nəzarətə alındığı bildirilib./moderator.az


Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































