Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qaşıqçının yaxın dostundan şok açıqlama: “Qətl siyahısında 7 nəfərin adı var”

Tarix: 07-12-2018 15:40     Baxış: 3261 A- / A+
Qaşıqçının yaxın dostundan şok açıqlama: “Qətl siyahısında 7 nəfərin adı var”

İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda noyabrın 2-də qətlə yetirilən jurnalist Camal Qaşıqçının keçmiş iş yoldaşı və dostu Ömər Əbdüləziz yeni açıqlamalar verib.


Manevr.az
xəbər verir ki, Ömər Ədüləziz Qaşıqçı ilə “Vatsapp” yazışmalarının bir İsrail proqramı tərəfindən haker hücumuna məruz qaldığını deyib.

Jurnalist bununla bağlı İsrailə qarşı məhkəmə iddiası qaldırdığını açıqlayıb.

Ö.Əbdüləziz əlində Qaşıqçı kimi öldürülmək istənilən adamların siyahısının olduğunu iddia edib: “Əlimdə 7 nəfərlik siyahı var. Bunlar Salmanın (Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutur – red.) öldürmək istədiyi adamlardır. Bunlardan biri Camal idi. Birisi də mənəm. Digər 5 nəfərin adını açıqlaya bilmərəm. Zamanı gələndə açıqlayacağam”.

Ömər Ədüləziz bir gün öncəki açıqlamalarında Qaşıqçıdan əvvəl onu öldürmək istədiklərini, lakin tələyə düşmədiyini söyləyib.

ABŞ prezidenti Donald Trampın Qaşıqçı cinayəti ilə bağlı mövqeyini dəyərləndirən Ömər Əbdüləziz deyib ki, Camal Qaşıqçı Trampı və kürəkəni Kuşenri sevmirdi: “Böyük ehtimalla, Camalın nişanlısı Xədicə də bunun üçün Ağ evin dəvətini qəbul etməyib. ABŞ və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) da bu işin içində ola bilər”.

Ö.Əbdüləziz əlində bir də səs yazısının oduğunu iddia edib. Səs yazısının kimlərə aid olduğunu barədə susmağa davam edəcəyini bildirib: “Ancaq bunu deyə bilərəm, səs yazısındakılardan biri 5 nəfərli siyahıdakı insanlardan biridir. Digəri isə Səudiyyə Ərəbistanı kəşfiyyatında çox əhəmiyyətli şəxsdir. Yayımladıqda hər kəsin səsindən asanlıqla tanıya biləcəyi adamdır”./avropa.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar