Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

İranla bağlı dəhşətə gələcəyiniz yeni faktlar: 13 yaşlı qızlar...

Tarix: 07-12-2018 07:20     Baxış: 3486 A- / A+
 İranla bağlı dəhşətə gələcəyiniz yeni faktlar: 13 yaşlı qızlar...


"İranda fahişəliyin yaşı cavanlaşaraq 13-ə enib”.


Bu barədə İran Mədəni İnqilab Şurası sədrinin ailə və qadın məsələləri üzrə müavini Firiştə Ruhəfza deyib.

F.Ruhəfza jurnalistlərə açıqlamasında ölkədə gənclər arasında yaşanan cinsi böhrandan, ata evindən qaçan yeniyetmə qızlardan və fahişəliyin sürətlə cavanlaşmasından danışıb.

Müavin bildirib ki, İranda yaşanan dərin ictimai böhranlar ucbatından müxtəlif səbəblərə görə ata evindən qaçan gənc qızların sayı getdikcə artır: "Ata evindən qaçan qızların əksəriyyəti 13-15 yaşlarında olanlardır. Bu barədə statistik rəqəmlər mövcuddur. Lakin yaxşısı budur ki, bu rəqəmlər açıqlanmasın. Belə bir narahatlıq var ki, rəqəmlərin açıqlanması bu yaşlarda olan digər qızları da eyni addım atmağa cəsarətləndirə bilər. Statistik rəqəmlərin də göstərdiyi kimi, İranda fahişəliyin yaşı cavanlaşaraq, hazırda 13-ə enib. Qız və oğlanların bir-biri ilə tanış olması yaşı da xeyli aşağı düşüb və artıq onlar ibtidai məktəb yaşlarından bir-biri ilə tanış olur, dostluq edirlər. 13 yaşına çatan qızlar cinsi məsələləri tam başa düşür, bu kimi mövzularla maraqlanmağa başlayırlar. Bu maraqlanma isə, onlarda əks cins nümayəndələri ilə tanış olmaq və cinsi baxımdan öz ehtiyaclarını təmin etmək məsələsinin ortaya çıxmasına səbəb olur”.

Sədr müavini qeyd edib ki, bu gün televiziyada, mediada, internet saytlarında, xüsusən, sosial şəbəkələrdə cinsi məsələlərlə bağlı mövzuların paylaşımı geniş vüsət alıb: "Bu isə gənc qızların bu kimi mövzularla maraqlanmasına, onların cinsi əlaqəyə olan ehtiyac və hislərinin oyanmasına və bununla bağlı böhran yaşamasına səbəb olur. Məhz buna görə də, hesab edirəm ki, hökumət qurumlarının bu sahələrə olan nəzarəti gücləndirilməlidir. Vəziyyət belə olduğu bir halda, düşünürəm ki, hökumət evlənmə problemləri ilə bağlı mövcud maneələri aradan qaldırmalı, ölkə parlamenti isə, gənclərin evliliyini asanlaşdıran qanunlar qəbul etməlidir”./publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar