Xəbər lenti
"Yalvarırdım ki, məni öldürsünlər" - Uyğur qadın
Etnik uyğur Mehrigül Tursun Sincandakı siyasi tərbiyə düşərgələrində üç ay yaşayıb.
Qadın ABŞ Konqresi nümayəndələrinə oradakı işgəncələr və qeyri-insanı şərait barədə danışıb.
Mehrigülün sözlərinə görə, o, Çin əsgərlərindən əzablarının bitməsi üçün onu öldürməsini yalvarıb.
Bir neçə il öncə Mehrigül təhsil almaq üçün Misirə səfər edib və orada ailə həyatı qurub. 2015-ci ildə o, ailəsinə baş çəkmək üçün Çinə qayıtmaq qərarına gəlib. Vətənə dönən kimi onu dərhal saxlayaraq uşaqlarından ayırıblar. Daha sonra uşaqlarından biri ölüb.
Çin höküməti üç il ərzində uyğur qadına ölkədən çıxmağa icazə verməyib. Mehrigül üç dəfə Sincan düşərgəsində olub.
Nəhayət ötən yay ona Çinə qayıtmaq şərtilə Misirə səfər etməyə icazə veriblər. Qahirədə o amerikalı diplomatlarla təmas qurub və onlar onu Birləşmiş Ştatlara gətiriblər.
ABŞ Konqresindəki çıxışı zamanı Mehrigül tərcüməçinin köməyi ilə Sincan tərbiyə düşərgələrindəki saxlandığı vəziyyətdən danışıb.
- Məni yerin altında və heç bir pəncərəsi olmayan kameraya göndərdilər. Orada hər şeyə nəzarət etmək üçün 4 divarın dördündə də videokameralar quraşdırılmışdı. Kamerada mənimlə birgə 60-a yaxın adam var idi. Gecələr 15 qadın digərləri rahat yata bilsin deyə, ayaq üstə dururdular. Biz hər iki saatdan bir yerimizi dəyişirdik.
- Su və az miqdarda düyüdən ibarət səhər yeməyindən öncə biz kommunist partiyasını tərənnüm edən mahnılar oxumalı idik. Onlar bizə bilmədiyimiz dərmanlar və ağ maye içirirdilər. Dərmanlardan sonra qadınların bir çoxunda ginekoloji problemlər yaranırdı və bəziləri hətta ölürdü.
- Məni hündür oturacaq olan xüsusi otağa apardılar. Əllərimi və ayaqlarımı xüsusi lentlə oturacağa bağladılar. Gözətçilər keçəl qırxılmış başıma xüsusi dəbilqə taxdılar. Hər dəfə bədənimdən tok keçirəndə bədənim əsirdi və mən damarlarımda ağrı hiss edirdim. Məni təhqiramiz sözlərlə alçaldırdılar və günahımı boynuma almağım üçün təzyiqlər göstərirdilər. Onlar mənə anam və oğlumun öldüyünü, atamın isə ömürlük cəzaçəkmə məntəqəsində həbsdə olduğunu söyləyib, mənim ailənin “parçalanmasına” səbəb olduğumu bildirirdilər.
- Sonuncu dəfə məni elə bərk döydülər ki, yalvardım ki, məni öldürsünlər.
Beynəlxalq hüquq təşkilatları və dünya kütləvi informasiya vasitələri Çində etnik uyğurların, qazaxların və qırğızların sıxışıdırılmaları və Sincanda “siyasi tərbiyə düşərgələrində” saxlanmaları barədə 2017-ci ilin aprel ayından xəbər verirlər. Orada olanlar ədalətsizlik və sərt saxlanma şəraitinin olduğunu bildirirlər.
Rəsmi Pekin “siyasi tərbiyə düşərgələrindəki” işgəncələr barədə ittihamları rədd edir. İnsan Hüquqlarının Çin üzrə nümayəndəsi Li Syaotsyun sentyabrın 13-də Reuters-ə verdiyi müsahibəsində işgəncə və təzyiq hallarını danıb.
“Mərkəzlərdə heç bir təzyiq yoxdur. Onlar təlimlər keçərək yenidən kvalifikasiyalarını artırırlar. Sonra daha yaxşı iş tapacaqlar və əsas qanunları öyrənəcəklər” . o deyir.
Çinin Böyük Britaniyadakı səfiri Lyu Syaomin də Sincandakı etnik azlıqların sıxışdırılması barədə iddiaları inkar edib.
Sentyabrın 10-da Human Rights Watch beynəlxalq təşkilatı Çində məhbusların ağır saxlanma şərtləri barədə hesabat dərc edib. Təşkilat Çin hökümətini tənqid edərək, rəsmi Pekindən düşərgələrdəki məhbusları azad etməyə çağırıb.(azn)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar