Xəbər lenti
“Atam həyatımda gördüyüm ən pis insandır” - Dubay əmirinin qızı...
Dubayda zorla saxlanıldığı saraydan qaçan Birləşmiş Ərəb Əmirlikləri əmirinin müavini, Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktumun qızı şahzadə Lətifə Hindistana 80 kilometr qalmış yaxalanıb.
Manevr.az xəbər verir ki, illərlə həbsxanada işgəncə gördüyü və sarayda zorla saxladığı bildirilən şahzadə Lətifə Hindistana qaçarkən panikaya düşüb votçapdan mesaj atınca, təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Fransız bir agentin köməyi ilə Dubaydan qaçan şahzadə Hindistana 80 kilometr qalmış panikaya düşərək bu mesajı yazıb: “Xahiş edirəm kömək edin. Yatın ətrafında adamlar var. Silah səsləri eşidirəm və bir dostumla gizlənirəm.”
Bu mesajdan sonra, şahzadə Lətifə yaxalanıb.
Qeyd edək ki, bu ilin mart ayında saraydan qaçan şahzadə Lətifə İngiltərənin “Daily Mail” qəzetinə şok ifşaedici məlumatlar açıqlamışdı.
Şahzadə Hind okeanının cənubunda bir yaxtada çəkilən videolarda atasının ailə daxilində işgəncə metodları tətbiq etdiyini bildirmişdi:
“Zənn etdiyiniz kimi bizim heç bir azadlığımız yoxdur. Saraydan çıxanda nəzarət altında idim və evə müəyyən edilmiş vaxtda qayıtmaq məcburiyyətində idim. Anam məndən məruzə istəyirdi. Əlbəttə ki, şoferdən haralara getdiyimizi soruşurdu. Şofer atamın ofisinə də hesabat yollayırdı.
Atam həyatımda tanıdığım ən pis insandır…Mənə işgəncə verənlərdən biri “Atan bizə sənə işgəncə verməyimizi əmr etdi” deyib. Bunu əmr edib! Atam həyatımda gördüyüm ən pis, ən şərli insandır. Atamın şəxsiyyəti çirkabdan ibarətdir! Heç bir şeyi ehtiva etmir. Neçə-neçə insanın həyatını məhv etdi. Neçə-neçə insanı qətlə yetirdi! Neçə-neçə insanı soyuqqanlılıqla öldürdü. Atamdan qorxmuram. Hesab verəcək”.
İlk dəfə 16 yaşında saraydan qaçmağa çalışan şahzadə Lətifə bu cəhdinin uğursuzluğa düçar olmasından sonra dəfələrlə işgəncəyə məruz qaldığını deyirdi. Atasının adamlarının ona işgəncə verdiyini deyən Lətifə Dubayda 3 il 4 ay müddətində həbsdə qaldığını bildirirdi .
5 dekabr 1985-ci ildə anadan olan şahzadə Lətifə vəliəhd şahzadənin əlcəzairli arvadın Huriyədən anadan olub. Dubay baş naziri Məhəmməd ibn Rəşid Əl-Məktumun 6 arvadından 30 uşağı var./avropa.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar