Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Müdafiə Nazilriyi Azərbaycana raket satışına əngəl törədib

Tarix: 05-12-2018 13:29     Baxış: 4309 A- / A+
Rusiya Müdafiə Nazilriyi Azərbaycana raket satışına əngəl törədib


Azərbaycan Rusiyadan sahil raket komplekslərini ala bilməyəcək.


Rusiyanın “Kommersant “qəzetinin verdiyi xəbərə görə, “Bal-E” tipli sahil raket kompleksinin (SRK) satışına Rusiya Federasiyasının Müdafiə Nazirliyi mane olub.

Qəzet Azərbaycan hərbçilərinin “Bal-E”lərə marağının 2014-cü ildə yarandığını qeyd edir. Həmin il kompleks istehsalçısı “Taktiki Raket Silahlanması” korporasiyası tərəfidən Qazaxıstanın paytaxtı Astanada keçrilən KADEX 2014 hərbi sərgisində nümayiş etdirilib. Xəzər sahili boyunca Azərbaycan ərazilərini qoruya biləcək raket sisteminin qurulmasını istəyən Azərbaycan nümayəndə heyəti bundan öncə gəmi əleyhinə “Yaxont”raketləri ilə silahlanmış “Bastion” raket kompleksi ilə də maraqlanıb. Lakin o dövrdə də rəsmi Moskva tərəfindən buna razılıq verilməyib.

Buna rəğmən “Bal”larla bağlı hekayə öz davamını tapıb.

“Kommersant”ın məqaləsində iddia edildiyinə görə, hətta tərəflər SRK-nın kiçik kompleksinin və onlarla ədəd 3M24 tipli raketlərin (X-35E raketlərinin ixracat versiyası) tədarükü ilə bağlı müqaviləni paraflayıblar. Lakin iş qəti sazişin imzlanmasına qədər gedib çıxmayıb.

Rusiyanın Federal Hərbi-texniki əməkdaşlıq xidməti və “Resoboroneksport” qurumu məsələ ilə bağlı şərh verməkdən boyun qaçırıblar.

Onu da qeyd edək ki, “Bal-E” ərazi sularının, hərbi-dəniz bazalarının və dəniz kommunikasiyalarının qorunması məqsədilə qurulan raket sistemidir. Kompleksin əhatə məsafəsi 120 km olub, özündə 64 raket birləşdirir.
Sazişin imzlanması halında Azərbaycan bu SRK-nı ala biləcək 3-cü ölkə olacaqdı.
Sistemin ilk alıcısı isə Vyetnam hesab olunur. 2012-ci iln dekabrında Rusiya hərb sənayesi bu ölkəyə 3M24 raketlərinin tədarükünün başa çatdırıldığını açıqlayıb.

Rusiyanın özündə isə “Bal”lar Xəzər donanmasının İzberbaşda (Dağıstan) yerləşən 46-cı əlahiddə sahil-raket artilleriya divizionunda, Qara dəniz donanmasının Utaş qəsəbəsində (Krasnodar vilayəti) yerləşən 15-ci birqadasında, habelə Sakit okean donanmasının Smolyaninovo (Primorski diyarı) qəsəbəsində yerləşən 72-ci alayın tərkibində var. Daha bir diviziya isə Rusiyanın Yaponiya ilə mübahiəsəli Kuril adlarından Kunaşir adasında qurulub.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar