Xəbər lenti
Ermənistanın hərbi təyyarəsi qəzaya uğradı, iki pilot öldü (YENİLƏNİB)

Gümrü şəhərindəki aeroportdan havaya qalxan və radarlardan itən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan məlumat verib. Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.
Qəza nəticəsində döyüş təyyarəsinin iki pilotu ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır./qaynarinfo
***13.23
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi radarlardan itib.
Qaynarinfo Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Gümrü şəhərindəki aeroportdan havaya qalxan təyyarə ilə əlaqə kəsilib.
Məlumatda bildirilir ki, "Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Hazırda təyyarənin axtarışları aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar