Xəbər lenti
“Nə zaman çağırsanız, gələcəm” - Saakaşvili gürcü xalqına MÜRACİƏT ETDİ
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərinin yekunlarına etiraz edərək Tiflisdə keçirilən aksiya iştirakçılarına müraciət edib. Saakaşvili “Güc birlikdədir” birləşmiş müxalifətin tələblərini dəstəkləmək barədə çağırış edib.
Manevr.az xəbər verir ki, Gürcüstanın birləşmiş müxalifət qüvvələri 28 noyabrda ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadıqlarını bəyan edərək, etiraz aksiyaları keçirir.
Müxalifət hakimiyyətdən təcili olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.
Etiraz aksiyasını dəstəkləyə sabiq prezident Mixail Saakaşvili “Skype” vasitəsi ilə gürcü xalqına müraciət ünvanlayıb:
“Əvvəllər biz mümkün fəalkətlərdən danışmışdıq və bu fəlakət baş verib. Artıq Gürcüstanda seçki institutlatı yoxdur. Onlar hesab edir ki, gürcü xalqı bütün bunları qəbul edəcək və bağıçşlayacaq. Yox, bu, belə olmaycaq. Biz buna dözməyəcəyik. Onlar hesab edirdilər ki, xalq mübarizə aparmayacaq. Lakin bu gün gördülər ki, xalq sivil formada ayağa qalxaraq mübarizə aparır və biz əlimizi aşağı salmayacağıq, yolumuzdan geri dönməyəcəyik”.
Niderlandda yaşayan Saakaşvili onu da bəyan edib ki, əgər xalq onun ölkəyə dönüşü ilə bağlı çağırış edəcəyi təqdirdə ölkəyə qayıdacaq.
“Biz istədiyimizə nail olacağıq və mübarizəmiz tam qələbə ilə nəticələnəcək. Bu mübarizədə mən də sizinlə bərabərəm və sizlərdən biriyəm. Mənim hər hansı xüsusi rola da ehtiyacım yoxdur. Onu bilməyinizi istərdim ki, nə zaman mənə ehtiyacınız duyulduğu və çağıracağınız zaman sizin və liderlərinizin yanında olacağam. Ona görə də hər bir şəxs qələbimizi təmin etmək naminə öz “kərpicini” qoysun. Mən ölkəmdə bu cür ədalətsizliyi görüb, vətənimin necə məhv edilməsinə baxmaqdansa, ölməyim daha yaxşıdır. İnanıram ki, hər biriniz bu cür düşünürsünüz. Gürcüstanın böyük gələcəyi var”,- Saakaşvili bəyan edib.
Gürcüstan müxalifəti tələblərinin yerinə yetirilməsi üçün dekabrın 16-dək hakimiyyətə vaxt verib. Müxalifət hakimiyyətdən növbədənkəna parlament seçkilərinin keçirilməsini, seçki məcəlləsində geniş islahatlar aparılması, seçki komissiyalarının yeni formada təşkli kimi tələblərinin yerinə yetirilməsini tələb edirlər.
Qeyd edək ki, noyanrın 28-da Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib və seçkinin nəticələrinə əsasən, hakim komandanın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səslə qələbə qazanıb.
Dekabrın 16-da isə yeni prezidentin inaqurasiya mərasimni keçitiləcək./avropa.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar