Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər qadın orqanizmindən kənarda cift yetişdiriblər

Tarix: 03-12-2018 21:00     Baxış: 2329 A- / A+
Alimlər qadın orqanizmindən kənarda cift yetişdiriblər

Tədqiqatçılar insan ciftinin hüceyrələrindən üçölçülü ciftəbənzər orqanoid yetişdirməyi bacarıblar. Əsl cift kimi bir neçə hüceyrə qatlarından ibarət olan bu yeni kəşf hətta hormonlar əmələ gətirir. "Nature” jurnalında dərc olunan məqaləyə görə, "sınaq şüşəsindəki cift” laboratoriyada qadın orqanizmi ilə embrion arasındakı qarşılıqlı təsiri öyrənməyə, həmçinin dölün inkişafında pozuntuların və hamiləliklə bağlı patologiyaların tədqiqində yekun qərar verməyə kömək olacaq.


Manevr.az
xəbər verir ki, Eşli Moffetin rəhbərliyi ilə Kembric Universitetinin tədqiqatçıları gel matritsanın içində genetik cəhətdən stabil olan üçölçülü orqanoid (trofoblast) yetişdiriblər. Bu orqanoid hamiləliyin ilk üç ayında olan ciftin funksiyalarını yerinə yetirməyə qadirdir. Alimlər sübut ediblər ki, bu cür mini orqan laboratoriya şəraitində uzun müddət ərzində (1 ilədək) qala bilər və hüceyrələri yeni matritsalara təkrar əkməklə onu "artırmaq” mümkündür.

"Sınaq şüşəsindəki cift”in yetişdirilməsi üçün müəlliflər donor materialını bir neçə qadının cift hüceyrələrindən götürərək xüsusi matriksə yerləşdiriblər. Bundan başqa, alimlər matriksdəki hüceyrələrin bölünməsini və təbəqələşməsini təmin edən hormonların və inkişaf amillərinin uyğun kombinasiyasını seçərək, inkişaf mühiti üçün çoxsaylı variantlar axtarıblar.

Yekunda alınan orqanoidin analizi göstərib ki, o, matritsada hüceyrənin iki əsas populyasiyası ilə əsl narıntüklü trofoblast formalaşdırıb. Bunlardan biri uşaqlığın endometriyası və analıq arteriyaları ilə qarşılıqlı təsirdə olan narıntüklü qatdır, digəri isə maddələr mübadiləsi və hormon məhsuldarlığına cavab verən ekstra sintsitiotrofoblast hüceyrələrdir. Mini orqanın, həmçinin hormonların məhsuldarlıq bacarığına da malik olması aşkarlanıb. O, sidik vasitəsilə hamiləliyi müəyyən edən ekspress-testlərin əsasını təşkil edən horionik qonadotropini sintezləşdirir. Hormonun məhsuldarlığının təsdiq olunması üçün müəlliflər hətta bu test vasitəsilə mini ciftin böyümə mühitini təhlil ediblər. Testin nəticəsi uğurlu alınıb./azertac


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar