Xəbər lenti
Kürd silahlıları 2014-cü ildən əvvəlki sərhədlərə geri çəkildi
İraq ordusu ciddi müqavimətə rast gəlmədən kürd peşmərgələrini qovub
Kürd peşmərgələri 2014-cü ildən əvvəlki sərhədlərə çəkilib. “Reuters” Xəbər Agentliyinin məlumatına görə, bu barədə İraq ordusunun generalı açıqlama verib. General bildirib ki, Kərkük əməliyyatından sonra ordu qüvvələri mərkəzi hökumətlə kürd muxtariyyəti arasında mübahisəli bölgələrdən peşmərgəni sıxışdırıb çıxarıb.
Qeyd edək ki, İraq mərkəzi hökumətinə bağlı hərbi qüvvələr - federal polis, Antiterror Mərkəzi, ordu və “Həşdi Şabi” - Tuzhurmatı və Kərkük bölgələrinə qarşı əməliyyata başlayıb. Kiçik toqquşmalar istisna olmaqla, peşmərgə müqavimət göstərməyib və geri çəkilib. Nəticədə bir gündə Tuzhurmatı, Kərkük və ətraf bölgələr, sonrakı gün isə Sincar bölgəsi və İraq-Türkiyə sərhədindəki Rabiə sərhəd-keçid məntəqəsi azad edilib.
İraq baş naziri Heydər İbadi bildirib ki, əməliyyatın hədəfi kürd muxtariyyəti qüvvələrinin 2014-cü ildən sonra ələ keçirdiyi İraq ərazilərində federal suverenliyin bərpa olunmasıdır. Əməliyyat bütün ərazilər geri alınana qədər davam edəcək. Qeyd edək ki, 2014-cü il İŞİD işğalından sonra peşmərgə qüvvələri İŞİD-dən geri alınan İraq ərazilərini ələ keçirib. Nəticədə kürd muxtariyyətinə aid olmayan 20 min kv.km ərazi kürd silahlılarının nəzarətinə keçib.
Kürd peşmərgələri İraq qüvvələrinə ciddi müqavimət göstərməyib. Bu səbəbdən də 48 saat ərzində Kərkük vilayəti ilə yanaşı, Ninova və Diyalə əyalətləri peşmərgədən geri alınıb. Ötən gecə televiziya ilə xalqa müraciət edən muxtariyyət lideri Məsud Bərzani isə dolayısı ilə Kərkükün verilməsində rəqib siyasi qrupları ittiham edib. Bu gün isə kürd muxtariyyəti parlamenti noyabrın 1-də keçiriləcək administrasiya başçısı vəzifəsinə seçkiləri təxirə salıb və Bərzaninin səlahiyyət müddətini daha iki il artırıb. Bununla da Bərzani müəyyən müddət üçün nəfəslik əldə edib. Ancaq 2013-cü ildən bu yana artıq 3-cü dəfə səlahiyyət müddətini artıran Bərzaniyə qarşı daxildə ciddi müxalifətin olması qaçılmazdır. Kürd liderin referendumda israr etməsi məhz bununla bağlı idi. Qəribə də olsa Bərzani referendumdan sonra seçkilərə qatılmayacağını demişdi.
Hələliksə Bərzani Bağdadı müqavimət göstərəcəyi ilə hədələsə də, faktiki olaraq peşmərgə sonradan zəbt olunmuş bölgələri tərk edib. Kürd administrasiyasının 2014-cü il öncəsi sərhədlərinə geri dönməsi müəyyən mənada qarşıdurma ehtimalını azaldır. Bərzaninin bundan sonra referendum mövzusunda nə qədər tələbkar olacağı sual doğurur. Çünki kürd lider ələ keçirilmiş böyük bir ərazini itirib, üstəlik, ciddi neft gəlirlərindən faktiki olaraq məhrum olub. Bu da onun işini bir qədər çətinləşdirir.
KƏNAN
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar