Sizin Reklam Burada
Xəbər lenti
21-11-2026
BÜTÜN XƏBƏRLƏR

Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu

Tarix: 23-11-2026 14:12     Baxış: 329 A- / A+
Rusiyanın Perm şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra "LUKOIL-Permnefteorqsintez" neft emalı zavodunda (NEZ) yanğın başlayıb.
Bu barədə UNN məlumat yayıb.
Sözügedən iri müəssisə ildə 13 milyon tondan çox neft emal edir.
Perm diyarının qubernatoru Dmitri Maxoninin "düşmən pilotsuz uçuş aparatlarının hücumunun dəf edilməsi" zamanı sənaye obyektinə ziyan dəydiyi barədə açıqlamasından sonra ASTRA-nın OSINT eksperti Perm şəhərindəki "LUKOIL-Permnefteorqsintez" zavodunda yanğın baş verdiyini müəyyən edib.
Məlumata görə, müəssisənin ərazisində çoxsaylı yanğın ocaqları müşahidə olunur.
"Yanğının ehtimal olunan mənbəyi neft emalı sahəsində yerləşir. Burada müəssisənin əsas texnoloji qurğuları - elektrik duzsuzlaşdırma və atmosfer-vakuum distillə qurğuları (ELOU və AVT) cəmləşib", - məlumatda qeyd olunur.
Xatırladaq ki, hücuma məruz qalan neft zavodu LUKOIL neft şirkətinə məxsusdur. Şirkətin rəsmi məlumatına görə, Azərbaycan əsilli rusiyalı iş adamı, şirkətin yaradıcısı və uzun illər prezidenti olan Vahid Ələkbərov həmin şirkətdə hazırda ən böyük səhmdardır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar