Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Yoxsulluqdan orqanlarını satırlar - Hətta 20-30 faiz endirimlə... - Şəkillər

Tarix: 14-11-2026 09:00     Baxış: 326 A- / A+
yoxsulluqdan-orqanlarini-satirlar
İranda artan borclar və yüksələn yaşayış xərcləri ilə mübarizə aparan fəhlələr borclarını qaytarmaq və evlərini qoruyub saxlamaq üçün böyrəklərini, qaraciyər toxumalarını və sümük iliklərini satışa çıxarırlar.

ILNA xəbər verir ki, Tehranın mərkəzindəki bəzi küçələrin divarları, metal qapıları və binaları orqan satışı ilə bağlı elanlarla bürünüb.

Bələdiyyəyə məxsus tibb müəssisəsinə və böyrək xəstələrinə dəstək verən xeyriyyə təşkilatına yaxınlığı səbəbindən “Böyrək küçəsi” kimi tanınan Fərhəng Hüseyni küçəsi alıcı axtaran insanların toplaşdığı məkana çevrilib.

“Sadra” xəstəxanasının əməkdaşının bildirdiyinə görə, böyrəklərini satışa çıxaranların əksəriyyəti ciddi maliyyə çətinlikləri ilə üzləşən fəhlələrdir. Burada qiymətlər adətən 30-40 milyard rial (11500-15300 ABŞ dolları) arasında dəyişir. Eyni zamanda, 0 (I) müsbət qan qrupuna malik şəxslərin böyrəkləri 8 milyard riala (3100 dollar) təklif oluna bilər, daha nadir qan qrupları üçün isə qiymətlər 50 milyard riala (19200 dollar) qədər çıxa bilər.

Tehranda yaşayan 30 yaşlı kuryer 15 milyard rial təklifindən imtina edərək ən azı 35 milyard rial tələb etdiyini bildirib. Başqa bir şəxs isə ödənilməmiş çeki bağlamaq üçün orqanını adi qiymətdən 20-30 faiz aşağı satmağa hazır olduğunu qeyd edib. Bəzi işçilər isə borclarını ödəmək üçün sümük iliyi, böyrək və qaraciyər toxuması kimi eyni vaxtda bir neçə orqanını satışa çıxarırlar.

Parlamentin sosial məsələlər komitəsinin sədri Əli Babayi Karnami bildirib ki, hökumətin güzəştli valyuta subsidiyalarını düzgün idarə edə bilməməsi nəticəsində təxminən səkkiz milyon insan yoxsulluq və qida çatışmazlığı ilə üzləşib, daha 50 milyona yaxın insan isə ərzaq almaqda çətinlik çəkir.

ILNA-nın məlumatına görə, minimum əməkhaqqı alan işçilər ayda 200-300 milyon rial (77-115 dollar) qazanır, müstəqil fəallar isə bir ailənin əsas xərcləri üçün təxminən bir milyard riala (383 dollar) ehtiyacı olduğunu hesablayırlar. Müvəqqəti və ya mövsümi müqavilələrlə çalışan işçilər daha çox çətinliklərlə qarşılaşırlar.

Maliyyə çətinlikləri tibbi xidmətlərə çıxışa da mənfi təsir göstərib. “Homa” təqaüdçülər assosiasiyasının sədri Cəlal Haşimi bildirib ki, iki təqaüdçü müalicə xərclərini qarşılaya bilmədikləri üçün müalicədən imtina edərək vəfat ediblər. qafqazinfo

Manevr.az 






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar