Xəbər lenti
Moskvadan İrəvana xəbərdarlıq: Ermənistan Rusiya ordusunu ölkədən çıxar bilməz
Manevr.az xəbər verir ki, bu barədə "İzvestiya" Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 1995-ci ildə Ermənistanda Rusiya hərbçilərinin saxlanmasına dair sazişə istinad edərək yazıb.
“İzvestiya” yazır ki, bu məlumat Dövlət Dumasında təsdiqlənib.
Belə ki, müvafiq sənədin 27-ci maddəsində deyilir: “Tərəflərdən biri bu müqaviləni ləğv etmək niyyətini bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komitə tərəfindən həll edilir. Rusiya hərbi bazasının ləğvi tərəflərin razılaşdırdığı müddətdə başa çatdırılmalıdır”.
2010-cu ildə Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyanın imzaladığı Rusiya bazası haqqında sazişin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb.
Bu məlumatı “İzvestiya”ya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvitkin təsdiqləyib.
“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin müddəti başa çatdıqdan sonra, tərəflərdən biri digər tərəfə razılaşma barədə yazılı məlumat vermədikdə, müqavilənin müddəti avtomatik olaraq növbəti beş il müddətinə uzadılır. Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər”, - Şvitkin “İzvestiya”ya bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikolay Paşinyan “The Wall Street Journal”a müsahibəsində Ermənistan ərazisində Rusiya hərbi bazasının olmasında “üstünlük görmür” desə də, eyni zamanda vurğulamışdı ki, Rusiya və Ermənistan ordunun respublikadan çıxarılması məsələsini müzakirə etmir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar