Xəbər lenti
“Putin Paşinyanı məhv etdi, Qarabağ məsələsi erməni tarixindən çıxarılır” – Oskanyan
“Əminəm ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsini tarix kitablarından çıxaracaq, onlar hər şeyi xalqa unutdurmağa çalışacaqlar”.
Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Osknyan deyib.
Oskanyan Qarabağ səhifəsinin bağlanacağını və bundan narahat olduğunu bildirib:
“Hakimiyyət nümayəndələrinin verdiyi bəyanatlar, atdıqları addımlardan görünür ki, onlar Qarabağ məsələsini tamamilə bağlamağa, unutdurmağa çalışırlar. Hazırda dünyanın diqqəti Ukraynadan sonra İsrail və Fələstin məsələsinə yönəldiyi üçün Qarabağ yaddan çıxır. Bu səhifə belə getsə bütövlükdə bağlanacaq. Paşinyan böyük səhv edir, o özü başımıza müharibə bəlasını gətirmişdi. 9 noyabr sənədi bizim üçün pis olsa da, müəyyən ümidlər var idi. Lakin Paşinyan həmin sənəddə nəzərdə tutulmayan əraziləri də Azərbaycana qaytarmaq qərarına gəldi. Nə qədər etməməsini desək də, bizi dinləmədi. O anlaşılmaz şəkildə Azərbaycanın ərazi bütövlüyünü də tanıdı”.
“Vladimir Putin bu günlərdə keçirdiyi mətbuat konfransında Paşinyanı siyasi cəhətdən tamamilə məhv etdi. Putin açıq-aydın deməsə də, bizi başa saldı ki, bütün itkilərimizin səbəbi Paşinyanın addımlarıdır. O həmin səhifəni tamamilə bağladı. İnanın ki, bu sadəcə Rusiyanın deyil, həm də ABŞ, Fransa, Avropa İttifaqı liderlərinin də fikridir, sadəcə Putin kimi səsli şəkildə açıqlamırlar. Onlar deyirlər ki, heç nə edə bilməzlər, çünkü Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”, – Oskanyan bildirib. globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar