Xəbər lenti
Priqojinin ölüsü də Şoyqunun yuxusunu qaçırdı – Kabusu Suriyada dolaşır

Manevr.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Xmeymim bazası vasitəsilə Afrikadan “Vaqner” qüvvələrinin rotasiyasını əngəllədiyini bildirən addımına diqqət çəkib. Rusiya hərbçilərinin müqaviməti səbəbindən muzdlular Suriya Müdafiə Nazirliyindən Xums əyalətindəki Tiyas aviabazasından istifadəyə icazə almaq üçün danışıqlara getməyə məcbur olub.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 12-də “Vaqner”ə məxsus təyyarənin Tiyasa enməsinin qarşısını almaq üçün uçuş-enmə zolağında maneələr yaradıb. Bundan sonra isə “Vaqner”in təyyarəsini vurmaqla hədələmək üçün limana helikopterlər yerləşdirilib.
Suriya tərəfi məsələni həll etmək üçün Rusiya müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurovla birbaşa əlaqə saxlayıb və sonda təyyarənin enişinə icazə verilib.
Eyni zamanda, ekspertlər “Vaqner”in Suriyadakı kontingentinin Afrikadakı qüvvələrindən daha yaxşı döyüş qabiliyyətinə malik ola biləcəyini ehtimal edirlər. Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi (xüsusən müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov) “Vaqner”in hələ də mərhum lideri Yevgeni Priqojinə sadiq olmasından narahatdır.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar