Xəbər lenti
Rusiyada kino və teatr rejissorlarının həbsinə qərar verildi

Rusiya məhkəməsi Ukraynadakı müharibəni tənqid edən kinorejissor Aleksandr Rodnyanski və teatr direktoru İvan Vırıpayevin həbsinə order verib.
Manevr.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskva məhkəməsi məşhur kinorejissor Aleksandr Rodnyanski və teatr rejissoru İvan Vırıpayevi Rusiya ordusu haqqında “yalan məlumat yaymaqda” ittiham edib. Məhkəmənin verdiyi açıqlamada Rodnyansky və Vyrypaevin Rusiyadan kənarda olduqları və tutulacağı təqdirdə həbs ediləcəyi bildirilib. Rusiya Daxili İşlər Nazirliyi teatr direktoru Vırıpayevi federal axtarışa verilənlər siyahısına əlavə edib.
Ukraynanın paytaxtı Kiyevdə doğulan, rus kinosunun ən nüfuzlu simalarından olan kinorejissor və prodüser Aleksandr Rodnyanski 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumlarının başlamasından sonra Rusiyanı tərk edib. Rodnyanski müharibə əleyhinə açıqlamalarına görə 2022-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan edilib.
Polşanın paytaxtı Varşavada yaşayan məşhur dramaturq, teatr rejissoru və aktyor İvan Vırıpayev də Rusiyanın Ukraynaya hücumlarını sərt şəkildə tənqid edib.
Ukraynada müharibə başlayandan bəri Rusiyada müharibə əleyhinə bəyanatlar verən bir çox müxalifət xadimləri cərimələnərək həbs edilib, bəziləri xarici agent elan edilib, digərləri isə qara siyahıya salınıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar