Xəbər lenti
Moskva və Kiyev Afrika liderlərinin missiyasını qəbul edəcək
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Zelenski ilə Afrika liderlərinin silahlı münaqişənin həlli missiyası ilə bağlı razılığa gəldiyini bildirib.
Manevr.az-ın xəbərinə görə, Cənubi Afrikanın rəhbəri Sinqapurun baş naziri Li Hsienlong ilə birgə mətbuat konfransında bildirib ki, təşəbbüs Zambiya, Seneqal, Konqo, Uqanda və Misirdən də gəlir. Vladimir Putin və Zelenski Afrika sülhməramlılarının Moskva və Kiyevdəki missiyasını qəbul etməyə razılaşıblar.
RİA Novosti dəqiqləşdirib ki, Kiril Ramafosa Rusiya Federasiyası və Ukrayna başçıları ilə qarşılıqlı fəaliyyət üçün lazımi hazırlıqlara başlamaq barədə razılığa gəlib. BMT-nin baş katibi Quterreş və Afrika İttifaqının ofisinə məlumat verilib.
Bu Afrika ölkələrinin liderləri hesab edirlər ki, region Ukraynanın sülh yolu ilə nizamlanmasına töhfə verəcək təşəbbüslər irəli sürə bilər.
Rusiya və Cənubi Afrika başçıları arasında söhbət ötən cümə günü baş tutub. Vladimir Putin Afrikadan olan siyasətçilərin təşəbbüsünü bəyənərək qeyd edib ki, Moskva diplomatik üsullara və bütün kəskin məsələlərdə danışıqlara həmişə hazırdır.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar