Finlandiyanın Baş naziri Sanna Marin köhnə qırıcıların Ukraynaya verilməsi ilə bağlı danışıqların başlanmasına icazə verib.
Manevr.az "report"a istinadən xəbər verir ki, bu barədə "Yle" yazıb.
Onun sözlərinə görə, Finlandiya bu məsələdə maraqlıdır, çünki ölkə yeni qırıcılar almağa qərar verib.
"Bəli, düşünürəm ki, biz "Hornet"ləri də müzakirə edə bilərik, onları Ukraynaya göndərməyin mümkün olub-olmayacağını və hansı hazırlıq tələb olunacağını müzakirə edə bilərik", - Marin deyib.
Marin vurğulayıb ki, döyüş təyyarələri ilə bağlı müzakirələr çox erkən mərhələdədir və geniş beynəlxalq əməkdaşlığa ehtiyac var.
Açıq məlumatlara görə, Finlandiyanın 55 ədəd F/A-18 "Hornet" qırıcısı və iyirmiyə yaxın təlim modeli, həmçinin köhnə "British Hawk" təlim modelləri də var.
Qeyd edək ki, Finlandiya 2026-cı ilə qədər ABŞ-dan 64 ədəd F-35 qırıcısı sifariş edib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar