Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən olan erməni deputat Qaro Paylan Türkiyə-Ermənistan sərhədinə gələrək iki ölkə arasında sərhədlərin açılması ilə bağlı açıqlamalar verib.
Manevr.az türk mediasına istinadən xəbər verir ki, Paylan prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, "Bu sərhəd niyə açılmır, onun açılmasına mane olan nədir?" sual edib. "Biz Türkiyə-Ermənistan sərhədindəyik və çox təəssüf ki, bu sərhəd 30 ildir bağlıdır. İki il əvvəl Azərbaycanla Ermənistan arasında müharibə olub. Bu müharibədən sonra həm Türkiyə-Ermənistan arasında normallaşma prosesi, həm də Azərbaycan-Ermənistan sülh prosesi başladı. Bu sərhəd niyə açılmır? Baxın, bu sərhəd açılmadığı üçün 30 ildir həm Ermənistan itirir, həm də bölgə xalqı itirir. Qars itirir, İğdır, Ərdahan, Ağrı, Doğubəyazıt itirir. Bölgənin vilayətləri və Bu vilayətlərdə yaşayan vətəndaşlarımız itirirlər. Bu sərhəd açılsa, keçmişdə olduğu kimi bu ölkələr itirəcək. Aralarında ticarət, turizm olacaq, paylaşma olacaq, qucaqlaşma olacaq. Türk, kürd, azəri, erməni bir-birinə düşmən ola bilməz. Tarixən bunlar min illərlə birlikdə yaşamış xalqlardır və indi yenidən qucaqlaşmağın vaxtıdır".
Əlavə edib ki, "bu sərhəd açılsa, əmin olun ki, şərqin yoxsulluqla bağlı pis taleyi dəyişəcək. Qars keçmişdə olduğu kimi daha da zənginləşir. Ağrı, Ərdahan, İğdır keçmişdə olduğu kimi zənginləşir. Ermənistan xalqları da çiçəklənir. Bölgəyə sülh və firavanlıq gəlir. Ona görə deyirik ki, Türkiyə-Ermənistan sərhədi açılsın".milli.az Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar