Xəbər lenti
Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, bu il Rusiyaya qarşı davam edən müharibəyə son qoymaq üçün ölkəsinin silah yardımına ehtiyacı var.
Manevr.az xəbər verir ki, Ukrayna Prezidentliyinin rəsmi saytında verilən açıqlamada Zelenskinin videomüraciəti paylaşılıb. Zelenski çıxışında Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apardığını və Fransanın ölkəsinə təkərli tanklar göndərəcəyini bildirib.
Fransanın bu silah dəstəyinin əhəmiyyətinə işarə edən Zelenski Rusiyaya qarşı müharibədə belə yardıma ehtiyac duyduqlarını bildirib. Ukraynaya silah yardımının Avropanın təhlükəsizliyi üçün də vacib olduğuna diqqət çəkən Zelenski deyib: "Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır və terrorçu dövlətin məğlubiyyətini sürətləndirə biləcək müdafiə vasitələrinin heç birini gecikdirməmək vacibdir”.
Rusiyanın Ukraynaya qarşı yeni hücum dalğasına hazırlaşdığını iddia edən Zelenski məsələ ilə bağlı bəzi ölkələrin liderlərini məlumatlandırdığını bildirib. Onların əsas məqsədinin bütün Ukrayna torpaqlarının azad edilməsi olduğunu qeyd edən Zelenski ölkəsində tezliklə sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. Rusiyanın ötən ilin sonuna qədər Ukraynanın Donbas bölgəsini tamamilə ələ keçirməyi planlaşdırdığını müdafiə edən Zelenski, Ukrayna silahlı qüvvələrinin bu bölgədə düşmənin irəliləməsinə imkan vermədiyini bildirib. Zelenski bildirib ki, Rusiya ordusu Donetsk bölgəsində hərbi mövcudluğunu artırmaqda davam edir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar