Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Mixeil Saakaşvili ZƏHƏRLƏNDİ

Tarix: 19-11-2022 16:47     Baxış: 4230 A- / A+
Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvili zəhərlənib.
 
Manevr.az apa-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Valeri Gelbaxiani yerli mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, sabiq Prezidenti müayinə edən xarici ekspertlər onun zəhərlənməsi qənaətinə gəliblər.
 
Vəkili uzun müddətdir ki, Saakaşvilidə zəhərlənmə əlamətlərinin olduğunu bildirib.

O, zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini və bu barədə 2 gün sonra keçiriləcək brifinqdə detallı məlumat veriləcəyini bildirib.
 
Vəkili Saakaşvilinin səhhətindəki bütün xəstəliklərin zəhərlənmədən qaynaqlana biləcəyini vurğulayıb.
 
"Mixeil Saakaşvilinin keçirdiyi bütün xəstəliklər bu zəhərlənmə nəticəsində yarana bilər. Onun özü də uzun müddətdir ki, zəhərləndiyindən şübhələnirdi. Əks halda, onun xəstəlikləri bu cür inkişaf etməzdi", - deyə Valeri Gelbaxiani bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar