Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Şuşa-Türküstan sazişi ilə bağlı Qazaxıstana çoxlu suallarımız var" - Babayan

Tarix: 26-08-2022 15:05     Baxış: 4270 A- / A+

“Qazaxıstanın Qarabağla bağlı atdığı bəzi addımlar çoxlu suallar doğurur”.
Manevr.az konkret.az-a istinadən xəbər verir ki, bunu qondarma qurumun “xarici işlər naziri” David Babayan erməni mediasına müsahibəsində deyib.

O, Şuşanı “Azərbaycan tərəfindən işğal edilmiş erməni şəhəri” adlandırıb.
O, Qazaxıstan Prezidentinin Bakıya səfəri zamanı Şuşa ilə Türküstan şəhərlərinin qardaşlaşmasına dair imzalanmış sazişə özünəməxsus reaksiya verib.
“Qazaxıstan və Azərbaycan çox sıx əməkdaşlıq edir və bəzən bu əməkdaşlıq daha təhlükəli bir şeyə çevrilir. Qazaxıstanın atdığı bəzi addımlar, xüsusən də Qarabağla bağlı həqiqətən də çoxlu suallar doğurur. Türküstanla Şuşanın qardaşlaşması haqqında müqavilə bunun bariz nümunəsidir.
Niyə məhz Türküstan? Məgər Qazaxıstanda başqa şəhər yoxdur? Çünki burada zəif güc elementi, pantürkizm var.
Fakt budur ki, bu proseslərdə Qazaxıstan faktiki olaraq iştirak etmək istəyir. Başqa qarşılıqlı fəaliyyət sahələri yoxdurmu, Şuşa müqaviləyə daxil edilməlidirmi? Və burada da xalqımıza qarşı çox güclü mübarizə aparılır, onlar bizim dəyərlərimizi və mənlik şüurumuzu sarsıtmağa çalışırlar.
Əldə etdiyimiz məlumata görə, Türkiyə və Azərbaycan bəzi qaçaq rus oliqarxları ilə birlikdə müqəddəs torpaqlarda – erməni məhəlləsinin ərazisində bizim dəyərlərimizə ağrılı zərbənin təşkilində iştirak edir. Çünki ermənilərin Qüdsdəki mövcudluğu qədim zamanlardan məlumdur.
Guya hansısa mehmanxana kompleksləri tikirlər, əslində isə bu ən mühüm mənəvi mərkəzi ələ keçirmək və oradan erməni varlığını qovmaq kimi məqsədyönlü siyasət aparılır. Və bütün bunlar birlikdə bir daha sübut edir ki, xalqımızın dirçəlişinin ən mühüm, hətta yeganə əsas əsası heç kimə nifrətə söykənməyən, xalqa, ideallara sədaqət olan milli dəyərlərə qayıdışdır.
Bizə qarşı işləyən çoxlu qüvvələr, qütblər var. Onların sıralarında mütləq pantürkist elementlər var, bizi daxildən sarsıtmağa, qardaş ölkələrlə, xalqlarla əlaqələri kəsməyə çalışan ünsürlər var. Bunu yaxşı başa düşmək lazımdır və biz bunu başa düşsək, müvafiq addımlar ata biləcəyik”, – deyə separatçı çərənləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar