Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İki seçim var: Ya Azərbaycanla yeni qanlı müharibə, ya da Paşinyanın istefası" - Kazinyan

Tarix: 24-08-2022 16:37     Baxış: 3262 A- / A+

“Seçim sadədir: Ermənistanın suveren ərazisinin Azərbaycana verilməsi, yeni qanlı müharibə və ya sadəcə istefa”. 
Manevr.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, “Vahid Ermənistan” partiyasının sədri Artur Kazinyan öz Facebook səhifəsində yazıb.

O, Zəngəzur dəhlizinin Ermənistanın “suveren” ərazisindən keçməsi məsələsini Türkiyə-Azərbaycan tərəfindən təzyiq kimi qiymətləndirib.
“Zəngəzur dəhlizinin Ermənistanın suveren ərazisindən keçməsi ilə bağlı Türkiyə-Azərbaycan təzyiqi kritik həddə çatır.
De-yure Ermənistan hakimiyyəti öz “inqilabçı” liderinin ağzı ilə hər hansı “dəhliz məntiqini” istisna edib və hər vasitə ilə bu “dəhlizin” qarşısını almağa çalışır.
Səbəblərin vətənpərvərlik və ya dövlət maraqları ilə heç bir əlaqəsi yoxdur: onlar nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamaq istəyinə əsaslanır.
Bu, de-yure məntiq çərçivəsində Ermənistan hakimiyyəti Ermənistanın şərq sərhədində sərhəd-keçid məntəqələri yaratmaq qərarına gəlib, MTN və polisə azərbaycanlıların göstərilən yollarla maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək tapşırılıb.
Bu, məncə, siyasi addımdır, məqsədi Rusiya və İrana Ermənistanın 9 noyabr tarixli üçtərəfli bəyanatla bağlı öhdəliklərini yerinə yetirdiyini göstərməkdir. Türkiyə və Azərbaycanın “Zəngəzur dəhlizi”nin açılması tələbləri isə ziddiyyət təşkil edir.
Azərbaycanlıların bu yollardan istifadə etməyəcəyi başa düşüləndir. Çünki Ermənistanın təqdim etdiyi təklifi qəbul etməklə onlar regional və strateji əhəmiyyətə  malik “dəhliz” tələblərindən əl çəkməyə məcbur olacaqlar.
Türklər və azərbaycanlılar isə “Zəngəzur dəhlizi” adlanan yerdən imtina etmək fikrində deyillər, çünki onlar yaxşı bilirlər ki, bir daha belə ikinci fürsət olmayacaq.
Bəs Ermənistan hakimiyyətinin de-yure cəhdi uğursuzluğa düçar olsa necə olacaq? Siz Türkiyə-Azərbaycan tələbləri ilə razılaşsanız və “dəhliz” üçün Ermənistanın suveren ərazisini təslim etsəniz nə baş verəcək?  Ya da Rusiya və İranı cəlb etməklə yeni qanlı müharibəyə başlasanız, nə olacaq?
Hər iki variant təkcə Ermənistan üçün deyil, bütün region üçün fəlakətli olacaq. Çünki bu müharibə daha böyük və əhatəli olacaq, qurbanlar və dağıntılar isə 44 günlük müharibədən on dəfə çox olacaq. Ermənistanın bütün ərazisi, eləcə də İrəvan və Kaskad aktiv hərbi əməliyyatlar zonasına çevriləcək.
İndiki şəraitdə Ermənistan hakimiyyətinin yeganə rasional və düzgün de-yure addımı hazırkı Baş nazirin istefası və əvvəlki hökumətin bütün şifahi razılaşmalarından imtina edəcək yeni müvəqqəti hökumətin formalaşdırılmasıdır,
Azərbaycan və Türkiyə isə Ermənistan hakimiyyətinə qəbuledilməz təzyiq göstərmək üçün bir müddət beynəlxalq legitimliyini itirəcək.
Seçim çox sadədir: Ermənistan Respublikasının suveren ərazisinin Azərbaycana verilməsi, yeni qanlı və fəlakətli müharibə və ya sadəcə olaraq istefa.
Dördüncü yol sadəcə yoxdur”, – deyə Kazinyan sərsəmləyib./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar