Xəbər lenti
Bayden: "Putinin çıxış yolu yoxdur, onun nə edəcəyini anlamağa çalışıram"
ABŞ Prezident Co Bayden bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsindən çıxış yolu olmadığından narahat olduğunu söyləyib. Bayden Putinin bununla bağlı nə edəcəyini anlamağa çalışdığını deyib.
Manevr.az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.Bayden Vaşinqton ətrafındakı bir siyasi ianə toplantısında çıxış edərkən deyib ki, Putin səhvən Ukraynaya müdaxilənin NATO-nu parçalayacağına ümid edib və Avropa İttifaqında qarşıdurma yaradacağını güman edib.
"Əvəzində isə gözlənilənin əksi baş verib, ABŞ və bir çox Avropa ölkələri Ukraynanın tərəfinə keçdilər. Hərbi təcavüz dünyanın əksər ölkələrini bu münaqişəyə qarşı yekdil rəydən çıxış etməyə məcbur etdi. Dünyanın əksər dövlətləri ipə-sapa yatmayan Kremlin təkəbbürlü hərəkətlərinə qarşı kampaniyalara qoşuldular. İndi demək olar ki, Rusiya enerjidaşıyıcıları nəzərə alınmazsa, az saylı məhsullarını ixrac edə bilir.
Mart ayında Rusiyanın Kiyevə hücumu Ukraynanın güclü müqaviməti ilə geri çəkildi. İşğalını “xüsusi hərbi əməliyyat” adlandıran Rusiya ötən ay ölkənin şərq hissəsində böyük bir hücum üçün Ukraynaya daha çox qoşun yeritdi, lakin onun qazancı planlaşdırdığı kimi çox da böyük olmadı. Güman edirik ki, tezliklə Ukrauna işğal edilmiş ərazilərini geri qaytararaq ərazi bütövlüyünü bərpa edə biləcək",- deyə ABŞ prezidenti qeyd edib.
Bayden deyib ki, Putinin nə edəcəyini anlamağa çalışır, çünki hazırda onun qarşısında seçim qalmayıb: “Putin dəqiq hesablamalarla fəaliyyət göstərən insandır və hazırda məni narahat edən problem Rusiya liderinin yaranmış vəziyyətdən çıxış yolunun olmamasıdır. Mən bununla bağlı onun nə edəcəyini anlamağa çalışıram”./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar