Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Hacıbala Abutalıbov reyd keçirdi, işçiləri yığıb apardılar" - AYB sədri

Tarix: 14-11-2026 08:39     Baxış: 35 A- / A+
"Tərcümə mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə geri qaytarılmalıdır".

Bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə deyib.

“Nədənsə, tərcümə mərkəzini bizdən alıb ayrıca qurum yaratdılar. Buna sözüm yoxdur. Biz bu tərcümə mərkəzini saxladıq. Amma biz onu necə saxladıq? Birinci mərtəbəmizi restoranın icarəsinə verdik. Heç birimiz istəmirdik ki, orada restoran olsun. Yazıçılar Birliyi hara, restoran hara? Bu restoran fəaliyyət göstərdiyi zaman o vaxtki icra başçısı Hacıbala müəllim orada reyd keçirdi. O işçiləri də yığışdırıb apardılar. Hara apardılar, indiyə qədər də məlum deyil. Mən demək istəyirəm ki, o Tərcümə Mərkəzi yarananda büdcəni də özü ilə apardı. Heç olmasa həmin büdcəni bizə qaytarsınlar. Biz istəmirik orada restoran olsun. İstəyirik orada mədəniyyət ocağımız olsun.

Parlamentə müraciət edirik ki, bizə kömək edin, Tərcümə Mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə qaytarılsın.

Gözləyək ki, bizi Fransada çap etsinlər? Bizdə bircə Çingizi (Abdullayev) çap edirlər maşallah. Amma  Azərbaycan üçün tək Çingiz azdır. Digər yazıçılarımızın da əsərləri tərcümə olunmalıdır", - deyə AYB sədri bildirib. unikal

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar