Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Fədayə Laçın azadlığa çıxa bilərmi?

Tarix: 26-09-2019 19:34     Baxış: 4199 A- / A+
Fədayə Laçın azadlığa çıxa bilərmi?


Müğənni Fədayə Laçının məhkəməsi artıq 11-ci dəfədir ki, təxirə salındı. Proses uzandıqca, həm bəzi ictimaiyyət nümayəndələrinin, həm də müğənninin pərəstişkarların onun azadlığa buraxılması ilə bağlı müraciətləri, xahiş və təklifləri də artır. Artıq sosial mediada Fədayə Laçının azadlığa çıxması üçün kampaniya başladılıb. Məsələnin əsas tərəfi isə budur ki, həmin kampaniyaya hətta yüksək ictimai nüfuzlu adamlar da qoşulublar. Bəs görəsən, xanım müğənninin hökmünə görə, cəzasının yüngülləşdirilməsi, yaxud birbaşa azadlığa buraxılması mümkündürmü?

Manevr.az xəbər verir ki, məsələ ilə əlaqədar tanınmış vəkil Adəm Məmmədov lent.az-a danışıb. Adəm Məmmədov bildirib ki, Fədayə Laçının törətdiyi əməl ictimai təhlükə daşımır və buna görə də onun cəzasının ləğv olunması mümkündür:

Fədayə Laçın azadlığa çıxa bilərmi?


"Məhkəmənin səlahiyyəti var ki, Fədayə Laçına Cinayət Məcəlləsinin 62 və 70-ci maddələri tətbiq etməklə işi yüngülləşdirsin. Belə ki, bu maddələrə əsasən, müğənninin işi yüngülləşdirilə və ya sınaq müddətindən şərti azadlığa buraxıla bilər. Qanunvericilikdə bunlar nəzərdə tutulub. Hakimin hazırkı durumu yüngülləşdirməyə səlahiyyəti var. Qanunvericilikdə göstərilir ki, təqsirli şəxsin günahını etiraf etməsi, səmimi olması cəzanı yüngülləşdirən amillərdəndir. Məhkəmə bu amili nəzərə alır. Ümumiyyətlə Fədayə Laçın ictimai təhlükəli bir addım atmayıb. Yəni, gənc qadındır, ilk dəfədir bu tip cinayət edib və səmimiyyətlə günahını etiraf edib. Hadisə də tamam başqa cür, müəyyən şəraitdə olub. Onlar eşq həyatı yaşayıblar və mərhum Etibar Məmmədov da deyəsən bundan istifadə edib. Elə məhkumlar var ki, onların azadlığa buraxılması hər hansı mənfi reaksiyaya səbəb olmur”.

Hüquqşünas Şamil Paşayev isə açıqlama verərkən, müğənninin cəzadan azad olunaraq azadlığa buraxılacağına, yaxud bəraət alacağına inanmadığını bildirib:

Fədayə Laçın azadlığa çıxa bilərmi?


"Məcəllədə konkret olaraq bildirilir ki, cinayətin məqsədi və motivi əsas məsələdir. Belə ki, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə təqsirkarın cəzası yüngülləşdirilə bilər. Bu zaman Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

Şəxsin azadlığa buraxılması üçün məhkəmə bəraət verə bilər. Bu bəraət üçün CM-nin 62-ci maddəsini tətbiq edərək, yüngül cəza verə və ya 70-ci maddəsini tətbiq edərək, şərti məhkumetmə verə bilər. Konkret olaraq, Fədayə Laçının cinayət işi üzrə bəraət olacağını gözləmək sadəlövhlük olar. Digər hallarda azadlığa buraxılması ilə bağlı qeyd etmək istəyirəm ki, Fədayə Laçına CM-nin 304.2.1-ci maddəsi ilə hökm çıxarılsa da, iştirakçıların arasında ağır və xüsusilə ağır cinayət əməlləri törədən və məsuliyyətə cəlb edilən adamlar oldu”.

Şamil Paşayev müğənninin CM-nin 62-ci maddəsinə əsasən bəraət almasının çətinliyi barədə fikrinə aydınlıq gətirib:

"CM-nin 62-ci maddəsinin tətbiqində cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların olması zərurəti qeyd edilir. Konkret olaraq, Fədayə xanımın əməlində ictimai təhlükəliliyi azaldan halların olması, mətbuatdan oxuduğumuza görə, sezilmir. Eyni zamanda, Fədayə Laçının cinayətin açılmasında fəal hərəkətləri görünmür, çünki xanım özünü təqsirsiz hesab edirdi. Nəzərə alınmalıdır ki, 62-ci maddəni məhkəmə tətbiq edən zaman şəxsin cinayətin törədilməsində rolu, cinayət zamanı və ondan sonrakı davranışı da nəzərə alınmalıdır.

Fədayə Laçının qatardan qaçmasına kömək etdiyi şəxs polisin keçirdiyi əməliyyat zamanı öldü. Penitensiar xidmətin əməkdaşları ağır cinayət törədilməsinə görə məsuliyyətə cəlb edildi. Etibarı qaçıran taksi sürücüsü tutulub. Ona görə məhkəmənin yuxarıda sadalananlara əsasən 62-ci maddəni Fədayə Laçına tətbiq edərək az cəza və ya daha yüngül (azadlıqdan məhrum etmə ilə bağlı olmayan) cəza verməsinə inanmıram.

Amma nəzərə almaq lazımdır ki, məhkumun cəza çəkmədən islah olunması mümkün sayılarsa, CM-nin 70-ci maddəsi tətbiq edilərək (şərti məhkum etmə) Fədayə xanım şərti məhkum edilə bilər. Bu zaman törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır”.

Qeyd edək ki, müğənni Fədayə Laçın 2017-cil oktyabrın 23-də Bakı-Astara yolunda vaqondan əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Qoca" ləqəbli Etibar Məmmədov və əvvəllər məhkum olunmamış Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Əli Ağami qaçıb. Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində saxlanılıb. Ancaq Etibar Məmmədov əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.

Onların qaçmasına kömək etməkdə təqsirli bilinən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Penitensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar