Xəbər lenti
Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur - Məhəbbət Vəliyeva

Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur. Biz yəqin ki, uşaqların istirahət hüquqlarını əllərindən almayacağıq.
Manevr.az bildirir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun özlərinə görə, ötən illərdən fərqli olaraq, bu il vəziyyətlə əlaqədar şagirdlər yay tətillərini düzgün qiymətləndirməlidirlər:
“Onlar yay tətillərində istirahətlə yanaşı, təhsillərinə də zaman ayırmalıdırlar. Şagirdlərin tətil müddətində öz üzərində işləməsi çox vacibdir”.
Bir sıra ölkələrdə məktəblərdə tədrisin ilk olaraq, yuxarı sinif şagirdləri üçün açıldığını deyən M.Vəliyeva qeyd edib ki, Azərbaycanda zərurət yaranarsa, məktəblər açıldıqda bu imkan nəzərdən keçiriləcək:
“Bunu hərtərəfli düşünəcəyik. Amma dərs ilinin sonuna kimi məktəblərin açılması real görünmür. Hazırda insanlar arasında sosial məsafənin saxlanılamsı olduqca vacibdir. Məktəblərdə isə uşaqların bir-biri ilə məsafəni saxlaması çətin olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar