Sizin Reklam Burada
Xəbər lenti
29 may
28 may
BÜTÜN XƏBƏRLƏR

Ana dilinə görə tutulanlar hələ də həbsdədir - Həsən Raşidi

Tarix: 21-02-2020 15:48     Baxış: 377 A- / A+
Ana dilinə görə tutulanlar hələ də həbsdədir - Həsən Raşidi

6 il əvvəl Beynəlxalq Ana dili günündə Güney Azərbaycanda saxlanılan fəallar hələ də azadlığa buraxılmayıblar.

Manevr.az xəbər verir ki, bu sözləri Güney azərbaycanlı milli-mədəni fəal, yazar və tədqiqatçı Həsən Raşidi 6 il əvvəl Ana dili günü İranda saxlanılan milli fəallarla bağlı axar.az-a danışarkən deyib.

“Ana dili günü ilə Məclis seçkiləri eyni günə təsadüf edir (Bu gün İranda seçkilər keçirilir – red.). Təəssüf ki, fəallarımız Ana dili günü ilə bağlı keçirilən tədbirdə saxlanılaraq həbsə məhkum ediliblər. Onlar, təxminən, 6 il öncə Ana dili günündə iştirak etdiklərinə görə saxlanılmışdılar. Fəalların son məhkəmələri 2 ay öncə baş tutdu. Apellyasiya məhkəməsində 4 milli fəalın hər biri barəsində 2 il həbs, 2 il sürgün hökmü çıxarıldı. Barələrində hökm çıxarılan fəallar Əkbər Azad, Bəhram Şeyxi, Əlirza Fərşi və Həmid Mənafizərdir. Hazırda çox sayda dostumuz milli məsələlərlə bağlı saxlanılıb və həbs cəzasına məhkum ediliblər”, - o bildirib.

Qeyd edək ki, bu gün Beynəlxalq Ana dili günüdür. Güney Azərbaycanda Milli Hərəkatın fəalları ana dili ilə bağlı problemlərini bu gün xüsusi olaraq gündəmə gətirirlər.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar