Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Primakovla bağlı daha bir tədbir

Tarix: 08-11-2019 09:40     Baxış: 3146 A- / A+
Primakovla bağlı daha bir tədbir


Noyabrın 6-da Təl-Əvivdə SSRİ Mərkəzi Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, Kremlin İsrailə sərt münasibətinin ideoloqu və Fələstin lideri Mahmud Abbasın “Sionizm və nasizm arasındakı bağlantılar” mövzusundakı dissertasiyasının rəhbəri Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə konfrans keçirilib.

Bu barədə İsrail mediası informasiya yayıb.
“Rusiya Federasiyasının İsraildəki səfiri Anatoli Viktorov, Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, İsrail Knessetinin və Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də elm adamları Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunmuş elmi konfransda iştirak ediblər”- Rusiya XİN-in “Rusiya İsraildə” adlı “Tvitter” hesabında belə deyilir.
“Bəlkə kimsə nə vaxtsa Yevgeni Primakovun bəzi görkəmli uğurlarından danışacaq. Bilirəm, məsələn, olduqca qalmaqallı olan bir müvəffəqiyyət: “Mahmud Abbasın dissertasiyasının müdafiəsi, elmi rəhbəri Yevvgeni Primakov, mövzusu: “Sionizm və nazizm arasındakı əlaqə” və “xidməti istifadə üçün” qrifi…
Bu dissertasiya bütövlükdə Sovet-Rus variantında hələ məlum olmasa da, cənab Mahmud Abbasın həmin mövzuda kitabı məlumdur. Orada Holokost, qurbanların sayı və sairə rədd edilir”- “Azadlıq” radiosunda Primakovla bağlı “Putinə Primakov kultu nəyə görə lazımdır?” mövzusunda müzakirələrdə iştirak edən tarixçi və politoloq Mixail Sokolov belə söyləyib.
Xəbərdə vurğulanır ki, Yevgeni Primakov ərəb şahzadə və krallarıyla şəxsən tanış olub və bir neçə dəfə Yasir Arafat, Nasir, Əsədlə görüşüb… İraqda qanlı müharibənin başlamasından bir müddət əvvəl Primakov Səddam Hüseynin yanına xüsusi bir missiya ilə gəlib…
Və həminərəb liderlərinin hamısı yəhudi dövlətinin dərhal və ya mərhələli şəkildə məhv edilməsinin tərəfdarı olublar…
Xatırladılır ki, Rusiya Prezidenti Vladimir Putin 29 oktyabrda Moskvada Yevgeni Primakovun abidəsinin açılışında iştirak edib.
P.P.S. Təəccüblüdür ki, hələki rəsmi Təl-Əvivdən bəhs edilən tədbirə heç bir etiraz reaksiyası yoxdur. Və o da maraqlıdır ki, bir sıra Rusiya mənbələri Y.Primakovun yəhudi mənşəli, bəziləri isə tam yəhudi olduğunu bildirir…

P.S. Deyilənlərdən məntiqlə belə çıxır ki, 20 Yanvar faciəsinin iştirakçılarından biri hesab edilən Primakovun yubileyi ilə bağlı tədbirlərin istər Azərbaycanda, istərsə də İsraildəki sifarişçisi birbaşa Rusiyanın hazırkı lideri, keçmiş “KQB” zabiti V.Putindir… Primakov isə indi də possovet məkanında fəal olan “KQB” rejiminin bütüdür…
Ancaq biz unuduruq ki, arxivləri bağlı qalan “KQB”-nin SSRİ-nin dağılması ərəfəsində “CİA”, “Mİ-6”, “Mossad”la və s. çuğlaşmış şəbəkələri tərəfindən 1988-ci ildən bəri ermənilərin və daxili xainlərin əli ilə törədilmiş faciələrimizin, o cümlədən 20 Yanvar qətliamının əsl bütləşmiş xarici və daxili baiskar və təşkilatçılarını hələ də hüquqi cəhətdən aşkar edib cəzalandıra bilməmişik. Və həmin şəbəkə hələ də Bakıda, Qarabağda, həm də İrəvanda meydan sulayır, cürbəcür manipulyasiyalarla başımızı qatır, kimin əlinin kimin cibində olduğunu anlaya bilməyən kütlələri çaş-baş salır…(moderator.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar