Xəbər lenti 
					
 
		Qarabağla bağlı plan var, masadadır – ABŞ diplomatı

Dağlıq Qarabağda və ətrafındakı işğal olunmuş ərazilərdə uzun sürən münaqişə qəbuledilməzdir. Təəssüf ki, münaqişənin çox uzun müddət davam etməsinə icazə verildi.
Manevr.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta HafizTimes.com bloquna müsahibəsində bildirib.
“Mövcud vəziyyət nə Ermənistana, nə də Azərbaycana fayda gətirir. Hər iki ölkədə insanlar əzab çəkməyə və ölməyə davam edir. Dinc bir həll yolu üzərində çalışmaq üçün bir araya gəlmək vacibdir. Minsk Qrupu həmsədrləri bu məsələdə irəliləyişə nail olmaq üçün çalışmağa davam edirlər. Bu illər ərzində irəli sürülən planlar var və mənim başa düşdüyüm də budur ki, bir müddətdir o plan masa üzərindədir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də bu uzadılmış münaqişəni həll etmək üçün tərəflərin səylərini dəstəkləməli və bölgədəki digər münaqişələrin həllinə də kömək etməlidir. Dağlıq Qarabağ və digər uzun sürən münaqişələr Soyuq müharibədən sonra bölgənin inkişaf edəcəyinə ümidimizi, Avropanın isə təhlükəsizliyini təhdid edir", - Sekuta vurğulayıb.axar.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Təqvim 
				 | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















