Sizin Reklam Burada
Xəbər lenti
04 iyun
03 iyun
02 iyun
BÜTÜN XƏBƏRLƏR

Lavrovun bəyanat təsadüfi deyil, Paşinyana mesaj verirdi ki... – Şərh

Tarix: 25-04-2020 18:24     Baxış: 475 A- / A+
Lavrovun bəyanat təsadüfi deyil, Paşinyana mesaj verirdi ki... – Şərh

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu kimi bəyanatları heç də tez-tez səsləndirmir. Deməli, ilin-günün bu vaxtı – nazirlərin görüşü ərəfəsində verilən bu bəyanat heç də təsadüfi deyil. O, danışıqlarda mərhələli həll variantının masa üzərində olduğunu bildirdi. Azərbaycan illərdir ki, bunu deyirdi. Nəhayət, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birindən – Rusiya Xarici İşlər Nazirliyindən də bu fikir səsləndirildi.

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasındda Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, S.Lavrovun bu bəyanatı Ermənistan KİV-lərində, həmçinin iqtidar və müxalifət kuluarlarında ciddi əks-səda doğurub:

“Bu o deməkdir ki, Ermənistan cəmyyəti bu bəyanatla qorxu, xof yaşadı. Çünki onlar bu bəyanatı gözləmirdilər, amma əslində Lavrov yeni nəsə deməyib. Hər kəsə məlumdur ki, yenilənmiş Madrid prinsiplərinə əsasən ətraf rayonlar işğaldan azad edilməli, kommunikasiya xətlər açılmalı, Ermənistanla Azərbyacan arasında iqtisadi münasibətlər yoluna qoyulmalı və yekunda Qarabağın ststusuna aydınlıq gətirilməlidir. Bu həll planına Ermənistanın keçmiş prezideti Serj Sərkisyan razılıq vermişdi. İndi isə Ermənistanın XİN başçısı deyir ki, 2018-ci ildən bu yana mərhələli həll planı müzakirə olunmur. Necə yəni müzakirə olunmur?

Demək, Rusiya Xarici İşlər naziri yalan danışır? Əgər biz Ermənistandakı hadisələri ciddi təhlil etsək görərik ki, sanki hansısa qüvvələr – onlar hakimiyyətin arxasındadırlar və gözə görünmürlər – münaqişənin nizamlanmasına mane olurlar. Məsələn, onlar 1990-cı illərin sonunda Levon Ter-Petrosyana mane oldular. 2016-cı ilin aprel döyüşlərindən sonra isə Moskva Serj Sərkisyanın qarşısında ciddi şəkildə şərt qoymuşdu.

Sərkisyan ən azı 3-4 ətraf rayonu geri qaytarmalı idi. Belə olan təqdirdə hardansa birdən-birə Paşinyan peyda oldu və hakimiyyətə gəldi. Paşinyan hakimiyyətdə möhkəmləndikdən sonra ətraf rayonlarla bağlı məsələni həll etməli idi. İndi isə onlar bu şərtdən imtina edirlər. Bildirirlər ki, ətraf rayonların qaytarılmasından söhbət gedə bilməz. Çox təəssüf ki, Ermənistan daxilindəki həmin o pərdəarxası qüvvələr yenə də danışıqlar prosesini pozurlar. Nəticədə Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq danışıqlar prosesi dalana dirənir”.

Z.Məmmədov qeyd edib ki, mərhələli həll variantı BMT qətnamələrinin icrasını nəzərdə tutur: “Ona görə də Lavrovun fikirləri ermənilərin xoşuna gəlməyib. Serj Sərkisyanın 2016-cı il aprel döyüşlərindən sonra oyunu pozduğu və “inqilab” vasitəsilə hakimiyyətdən getdiyi kimi indi də Paşinyan eyni ssenarini həyata keçirmək, verdiyi sözə əməl etmək istəmir. Bu da Lavrovu məlum bəyanatı verməyə təhrik etdi.

Əslində ətraf rayonların qaytarılması kompromis də deyil. Onlar işğal olunmuş rayonlardır və gec-tez geri qaytarılmalıdır. Ancaq ermənilər bunu kompromis kimi təqdim edir. Rusiya da Paşinyanı fakt qarşısında qoyaraq ona mesaj verdi ki, hərəkət etməlisən. Əks təqdirdə oyun qaydalarını pozmuş olursan”.

Politoloq onu da bildirib ki, Azərbayacan Ermənistan və Rusiyanın münasibətlərində yaranmış bu soyuqluqdan istifadə etməlidir.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar