Sizin Reklam Burada
Xəbər lenti
20 noyabr
19 noyabr
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan" boykot edilir: Moskvada antierməni kampaniyası

Tarix: 22-08-2019 12:54     Baxış: 473 A- / A+
"Ermənistan" boykot edilir: Moskvada antierməni kampaniyası

"Məxməri inqilab"dan sonra İrəvan-Moskva əlaqələri hələ də əvvəlki yüksək səviyyəsinə çatmayıb. Əksinə, Rusiya-Ermənistan münasibətlərində kataklizmlər davam etməkdədir. Bu dəfə ermənilərin kütləvi köç elədiyi Rusiyada ermənilərə qarşı narazılıq baş qaldırıb. Söhbət Moskvanın Tver küçəsindəki “Ermənistan” restoran-mağazası ətrafında cərəyan edən hadisələrdən gedir.

Manevr.az yada salır ki, ötən ayın 27-də ərazidə müxalifətçi siyasi lider Aleksey Navalnının təşkilatçılığı ilə Rusiya müxalifəti hökumətlə razılaşdırılmayan izdihamlı etiraz aksiyası keçirmişdi. Aksiya Rusiya Şəhər Duması üzvlüyünə namizədliyi qanunsuz şəkildə ləğv edilmiş müxalifətçilərin hüquqlarının bərpasına həsr olunmuşdu. O zaman mitinq-yürüş hökumət qüvvələri tərəfindən zorakılıqla dağıdılmış, çoxsaylı yaralananlar olmuşdu. Eyni zamanda kütləvi həbslər aparılmışdı.

***

Həmin hadisələr və toqquşmalar zamanı “Ermənistan” da ziyan görüb - maddi planda. Belə ki, restoran-mağaza bağlı qaldığından ziyana düşüb. O səbəbə onun sahibləri, Ankor MMM-nin erməni rəhbərləri məhkəmədə Aleksey Navalnıya, Moskva Şəhər Dumasına namizədliyi qeydə alınmayan İlya Yaşin və Lyubov Sobola qarşı təzminat davası açıb. İddiaçı tərəf aksiya günü restoranın bağlanması qarşılığında təzminat kimi 550 min rubl tələb edir. Artıq məhkəmə iddianı icraata qəbul edib.

Hər şeydən də bundan sonra başlayıb. Qəzəblənən Moskva sakinləri “Ermənistan” restoran-mağazasını kütləvi boykota başlayıblar. Dünyanın tanınmış siyasi rejissorlarından biri olan Vitali Manski bu xüsusda açıq şəkildə obyektin boykotuna çağıraraq, öz Feysbuk səhifəsində yazıb:

“Mənim ayağım bir də heç vaxt Tver-17-dəki ”Ermənistan" kafe-restoranın kandarına belə dəyməyəcək. Bu, mənim evimin yanıdır. Mən orada illərlə alış-veriş edirdim, işlə bağlı görüşlərim olurdu. Ancaq “Ermənistan” 27 iyuldakı aksiya zamanı ziyana görə (!!) qeydə alınmamış namizədlərə qarşı təzminat davası açdı. Düz sözümdür, çox istərdim ki, “Ermənistan”ın sahibləri gerçəkdə əldən çıxmış gəlirin nə olduğunu anlasınlar. Ümid edirəm ki, bu biznesmenlərə qarşı belə bir addımı təkcə mən atmayacağam".

Həqiqətən də bu çağırışdan sonra restoranın boykotu başlayıb və daha böyük ziyanla işləməyə başlayıb. Bunu görən ermənilərin Rusiya KİV-lərindəki ənənəvi təbliğatçıları - teleaparıcı Vladimir Solovyev və RT-nin baş redaktoru Marqarita Simonyan hərəkətə keçiblər. Simonyan müxalifətçiləri kəskin tənqid edib və müəssisənin müdafiəsinə qalxıb. Onu da deyib ki, “ora əsasən milli yeməklər üçün darıxan ermənilər gedir”. Solovyov da “Ermənistan”ın tərəfini tutub. Qeyd edib ki, “müxalifətçilərin istifadə elədikləri üsullar xaricdən gəlib və gülməli görünür”.

***

Baş verənlərdən, yəni aksiya təşkilatçılarına qarşı təzminat iddiası qaldırılmasının ardınca kütləvi tənqidin artmasından sonra “Ermənistan” restoranı Feysbukdakı səhifəsinə girişi məhdudlaşdırıb. Bu barədə “Dojd” telekanalı məlumat yayıb.

“Kommersant” nəşri isə qeyd edib ki, neqativ şərhlər və statuslar restoranın reytinqini darmadağın edərək, 5 baldan 2 bala endirib. Şikayətlərin əksəriyyəti xidmətə aid olub - keyfiyyətsiz yeməklər, hay-küy, çirk, həmçinin savadsız və ədəbsiz xidmət personalı ilə bağlı olub. Bəziləri isə yazıb ki, restoran “Rosqvardiya”ya xidmət göstərsə, yaxşıdır.

***

İlk baxışda “Ermənistan” restoranı ətrafında yaşananlar lokal olay təəssüratı bağışlaya bilər. Lakin geniş planda bu, Rusiyada ermənilərə qarşı ovqatdan xəbər verir və cəmiyyətdə anti-erməni ovqatını körükləyir. Çünki hazırda paytaxt Moskvada siyasi müxalifət tərəfdarları, yəni hakimiyyətdən narazılar daha çoxdur, nəinki hakimiyyət pərəstişkarları. Son rəy sorğuları da göstərir ki, prezident Vladimir Putinin reytinqi Moskva başqa olmaqla, iri şəhərlərdə və meqapolislərdə aşağıdır.

Yəni məsələdə tipik erməni xisləti, ermənilərin hər yerdə öz “dəri maraqları”ndan çıxış etməsi kimi mənfəət güdmə mahiyyəti qabarmış olur. Görünür, bu və digər məqamları nəzərə alan Vladimir Solovyev kimi qatı ermənipərəst havadarlar dərhal əl-ayağa düşüblər...musavat.com

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar