Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyanın Kəlbəcərə gəlməsi o deməkdir ki...” - Politoloq detalları açdı

Tarix: 31-01-2020 19:13     Baxış: 4259 A- / A+
“Paşinyanın Kəlbəcərə gəlməsi o deməkdir ki...” - Politoloq detalları açdı


“ATƏT-in Minsk Qrupu həmsədrlərinin yeni planı yoxdur”.

Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, xarici işlər nazirlərinin budəfəki görüşü fərqli idi: “Həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün isə 4 saata yaxın çəkdi. İkincisi, həmsədrlər görüşün nəticəsi ilə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, “xalq diplomatiyası”nın gücləndirilməsinin vacibliyi bildirildi. Yəni, Xarici işlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan “xalq diplomatiyası” faydalı olmayacaq. Çünki “xalq diplomatiyası” çərçivəsində Azərbaycanın və Ermənistanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur”.

“Paşinyanın Kəlbəcərə gəlməsi o deməkdir ki...” - Politoloq detalları açdı


Siyasi şərhçi xatırladıb ki, Xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. E.Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi: “Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi. Bundan başqa nazirlər İsveçrədə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağı düşünmür. Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Onlar Xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə, bölgədə gərginlik və sualların sayı azalmayacaq”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar