Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Yubileylər silsiləsi” layihəsi uğurla davam edir “Mən bu cahana sığmazam”

Tarix: 05-10-2018 16:12     Baxış: 2477 A- / A+
 “Yubileylər silsiləsi” layihəsi uğurla davam edir “Mən bu cahana sığmazam”


Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-ində “Yubileylər silsiləsi” adlı davamlı layihə reallaşdırılır. Layihə çərçivəsində Aşıq Şəmşirin, Mikayıl Müşfiqin, İmran Qasımovun, Mehdi Hüseynzadənin yubileyləri qeyd olunub. Yubilyarlara həsr olunmuş maraqlı videoçarxlar hazırlanaraq, oxuculara və istifadəçilərə təqdim edilib. Videoçarxlar İnternet məkanında da yerləşdirilib.

Bu gün, 05 oktyabr 2018-ci il tarixində Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin doğum günü ilə əlaqədar “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir təşkil olundu.
Tədbirdə qeyd olundu ki, İmadəddin Nəsimi 1369-cu il 7 oktyabr tarixində Şamaxıda anadan olmuşdur. Nəsiminin həyatı haqqında geniş məlumat olmamasına baxmayaraq, bu böyük şair və mütəfəkkirin ədəbi irsi bu günə qədər bizə gəlib çatmış və alimlər tərəfindən geniş tədqiq olunmuşdur. Tədbir Nəsimi haqqında videoçarxın nümayişi ilə başlandı. Videoçarx kitabxanaçılar tərəfindən hazırlanmış və https://www.youtube.com/watch?v=7Hx-I63klgU linkdə yerləşdirilmişdir.
Nəsiminin Azərbaycan dilində yazdığı şeirlərinin dili çox zəngindir və xalq nitqinə yaxınlığı ilə seçilir.
Sonra kitabxananın fəal oxucularının – Suraxanı rayonu 84 №-li tam orta məktəbin 4-cü sinif və 158 №-li tam orta məktəbin 9-cu sinif şagirdlərinin ifasında Nəsiminin şeir və qəzəlləri səsləndi.
Tədbirdə çıxış edən şagirdlər Elbrus Kərimli, Günel Fərəcova, Hüseyn Qurbanov, Hüseyn Mustafayev, Nihad Məmmədli, Sübhan Sultanzadə, Nəzirə Əlməmmədova, Əsma Abbasova, Zəhra Ağazadə, Xəqani Məmmədov və Sadiq Nəbili “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan komitəsinin təşəkkürnaməsi ilə təltif olundular.
Tədbirdə kitabxananın fəal oxucuları çıxış edərək, Nəsiminin yaradıcılığı haqqında fikir mübadiləsi və diskussiyalar apardılar.
Layihənin rəhbəri “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, koordinatoru isə Təranə Heydərovadır.

 “Yubileylər silsiləsi” layihəsi uğurla davam edir “Mən bu cahana sığmazam”
 “Yubileylər silsiləsi” layihəsi uğurla davam edir “Mən bu cahana sığmazam”
 “Yubileylər silsiləsi” layihəsi uğurla davam edir “Mən bu cahana sığmazam”
 “Yubileylər silsiləsi” layihəsi uğurla davam edir “Mən bu cahana sığmazam”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar