Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev sərəncam imzaladı: yaşı 65-dən yuxarı olanlar....

Tarix: 25-06-2020 11:13     Baxış: 31 020 A- / A+
Ramiz Mehdiyev sərəncam imzaladı: yaşı 65-dən yuxarı olanlar....


AMEA prezidenti, akademik Ramiz Mehdiyev “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Manevr.az xəbər verir ki, sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.

Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.

Sərəncamda işə cəlb edilmiş işçilərin “COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün sözügedən şəhər və rayonların ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar