Sizin Reklam Burada
Xəbər lenti
09 dekabr
08 dekabr
BÜTÜN XƏBƏRLƏR

Yüz yaşlı elm - təhsil məbədi – BAKI DÖVLƏT UNİVERSİTETİ

Tarix: 15-11-2019 13:55     Baxış: 1324 A- / A+
Yüz yaşlı elm - təhsil məbədi – BAKI DÖVLƏT UNİVERSİTETİ

Tural Vəlizadə,
Qərbi Kaspi Universitetinin müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı

turallachin@mail.ru


Təhsil insanın həyata gözlərini açdığı andan yumduğu ana qədər davamlı öyrənmə və özünü inkişaf etdirmə şüurudur. Bu səbəblə, təhsil əvvəl ailədə başlayıb daha sonra təşkilatlar, müəssisələr vasitəsilə davam edir.


Millətlərin mədəniyyət irsini gələcək nəsillərə ötürən qurumların isə cəmiyyət həyatında əhəmiyyətli bir yeri vardır. Bu qurumlar arasında təhsil müəssisələri mühüm yer tutur. Təhsil müəssisələri içərisində də tarix təhsili verən müəssisələr xüsusi bir yerə sahibdir. Çünki bu qurumlar keçmişdə baş verən hadisələri elmi bir çərçivə içərisində istifadə edib obyektiv bir nöqteyi-nəzərlə ortaya qoyduqları üçün mədəniyyət irsinə mühüm töhfələr verərlər.

Universitetlərin tarixinə baxsaq, dünyadakı ilk universitetin 425-ci ildə Roma imperatoru naibi III Mixail tərəfindən “The University of Constantinople” adı ilə yaradıldığını görərik. Amma bu universitet bugünkü mənada bir universitet deyildi. Bugünkü mənada ilk universitetlərə Abbasilər dövründə Bağdadda rast gəlinir. Qərbdə isə bugünkü mənada universitet, İslam mədəniyyətinin Əndəlüs Əməvi dövləti vasitəsilə Avropaya daxil olması ilə başlayıb.

Düz 100 il bundan öncə isə qurucu babalarımız tərəfindən “Avropa ilə Asiyanın qovuşağında yeni çıraq” adlandırılan Bakı Dövlət Universiteti yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin BDU-nun təsis

edilməsi haqqında qanunun qəbulu zamanı çıxış edən və həmin qərarı “təkcə Azərbaycan üçün deyil, bütün islam dünyası üçün böyük tarixi hadisə kimi” qiymətləndirən universitetin ilk rektoru professor V.İ.Razumovski sonralar bu məsələnin tarixindən danışarkən böyük iftixar hissiylə yazmışdı: “Azərbaycan öz ali təhsil ocağını yaratdı. Türk (Azərbaycan) xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni çıraq yandı”.

Bakı Dövlət Universitetinin 100 ildə keçdiyi inkişaf və tərəqqi yolu, qazandığı böyük uğurlar bir daha təsdiq edir ki, bu ali təhsil ocağı bundan sonra da Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tərəqqi və inkişaf yolunu nurlu bir məşəl kimi işıqlandıracaqdır.

Böyük iftixar hissi ilə deməliyik ki, BDU-nun məzunu, ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU fəaliyyət göstərdiyi 100 ildə, ölkəmizin elm, təhsil, mədəniyyət sahələrinə görkəmli şəxsiyyətlər bəxş etmiş, Azərbaycanın intellektual potensialının formalaşmasına əvəzsiz töhfələr vermis, bu gün də müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək gənc kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirməkdədir!

Ədəbiyyat siyahısı:

1. Azərbaycan müəllimi. - 2019.- 3 may. - № 16. - S. 4-5.
2. Heydər Əliyev və Bakı Dövlət Universiteti: - B., 1997.
3. V.İ.Razumovsky. Osnovaniya universiteta v Baku. “İzvestiye BDU”, Baku, 1921, № 2, s.4.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar