Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Usta cüdoçularımız dünya çempionatında -ŞƏKİLLƏR

Tarix: 14-10-2019 12:34     Baxış: 4505 A- / A+
Usta cüdoçularımız dünya çempionatında



Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo ustalarımız vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüblər.


Azərbaycan Cüdo Veteranları Assosiasiyasından bu barədə verilən məlumatda bildirilir ki, yığma komandaya ilk qızıl medalı M-7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Fərhad Rəcəbli qazandırıb. Bu, 60 yaşını Mərakeş Krallığında qeyd edən usta cüdoçumuzun veteranlar arasında dünya çempionatları tarixində sayca 9-cu qızıl medalıdır. Onu da xatırladaq ki, Fərhad Rəcəbli veteranlardan ibarət yığma komandamızın baş məşqçisi, həmçinin usta cüdoçular arasında Avropa çempionatının yeddiqat qalibidir.

Komandamıza digər qızıl medalları isə Məmməd Məmmədov (M-1, 73 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 100 kq) qazandırıblar.

M-2 kateqoriyasında 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev isə yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüb.

Veteranlar arasında ikiqat dünya çempionu Müşfiq Cəfərov (M-5, 73 kq) isə bu dəfə bürünc medalla kifayətlənib.

İdmançılarımızdan Vüsal Cəfərov (M-2, 90 kq) çempionatı beşinci yerdə, Babək Hacıyev (M-3, 60 kq), Yamən Fətiyev və Azər Əsgərov (hər ikisi M-5, 100 kq) yeddici pillədə başa çatdırlıblar.

Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında beşinci yeri tutublar.

Ayrılıqda kişilərin yarışında isə Azərbaycan komandası Fransa və Rusiya komandalarından sonra üçüncü olub.

Qeyd edək ki, dünya çempionatında iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin edilən ustalarımız yarışlara “Judo Club 2012” idman klubunda hazırlaşırlar.

Manevr.az

Usta cüdoçularımız dünya çempionatında
Usta cüdoçularımız dünya çempionatında
Usta cüdoçularımız dünya çempionatında
Usta cüdoçularımız dünya çempionatında
Usta cüdoçularımız dünya çempionatında
Usta cüdoçularımız dünya çempionatında
Usta cüdoçularımız dünya çempionatında
Usta cüdoçularımız dünya çempionatında

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar