Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının müavininin evinə basqın edən şəxsin işi yenidən məhkəmədə

Tarix: 09-12-2019 12:40     Baxış: 5130 A- / A+
İcra başçısının müavininin evinə basqın edən şəxsin işi yenidən məhkəmədə

Qazax rayonunda quldurluq etməkdə təqsirləndirilən Vüsal Rəsulovun cinayət işi üzrə yenidən məhkəməyə göndərilib.

Manevr.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd dək ki, hadisə ötən ilin noyabr ayında baş verib. Qazax şəhərinin Bakı küçəsində yerləşən evə basqın edən maskalı şəxs ev sahibəsi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələrək onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.

İş üzrə zərərçəkmiş 2017-ci ilədək Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini olmuş Fərman Nağdaliyevin həyat yoldaşıdır.

V.Rəsulova Cinayət Məcəlləsinin 181.2.3-cü, (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq) 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) və 228.4-cü (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham verilib.

Onu da qeyd edək ki, bu iş ibtidai istintaq başa çataraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Məhkəmənin hazırlıq iclası iş yenidən ibtidai istintaqa qaytarmışdı.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar