Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda oğru "Zobu" tutuldu

Tarix: 06-11-2019 12:30     Baxış: 3173 A- / A+
Azərbaycanda oğru "Zobu" tutuldu


Kürdəmirdə oğurluq edən "Zobu" ləqəbli şəxs saxlanılıb.

Verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus ümumi dəyəri 2350 manat olan tikinti avadanlıqlarının binanın zirzəmisindən oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini, əvvəllər Rusiyada sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edilən 40 yaşlı Zahid Süleymanov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı avadanlıqların bir qismi ondan maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar