Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə heç kim koronavirusa yoluxmayıb

Tarix: 31-07-2020 06:26     Baxış: 3277 A- / A+
Bu ölkədə heç kim koronavirusa yoluxmayıb

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çve Ryon Xe COVID-19-un yayılması qorxusuna görə bağlanmış Keson sərhəd şəhərinə baş çəkib.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən "İnterfaks" bildirib.

Agentliyin məlumatına görə, Cve Ryon Xe səlahiyyətli şəxslərlə görüşərək, ehtiyacı olan sakinlərin yemək və dərmanla təmin edilməsini tapşırıb.

Qeyd edilir ki, KXDR-in rəsmi dövlət orqanı "Rodong Sinmun" ölkədə əvvəlki kimi heç kimin koronavirusa yoluxmadığını bildirib.

Daha əvvəl bildirilirdi ki, iyunun 19-da ölkənin qərb sahilindəki Xanqan çay sahilində 24 yaşlı gənc Kanxvado adası ərazisində sərhədi keçib. Həmin şəxsdə koronavirusa yoluxma ilə bağlı şübhəli əlamətlər qeydə alınmışdı.

Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazırda hakimiyyət orqanları virusa yoluxduğu şübhə edilən bu şəxsin əlaqədə olduğu adamları müəyyənləşdirir. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar