Sizin Reklam Burada
Xəbər lenti
02 iyun
01 iyun
BÜTÜN XƏBƏRLƏR

Astroloq: “Hamı, hətta uşaq da bilir ki, koronavirus yoxdur, bu bir oyundur“

Tarix: 09-05-2020 20:46     Baxış: 4146 A- / A+
Astroloq: “Hamı, hətta uşaq da bilir ki, koronavirus yoxdur, bu bir oyundur“

“Dünyanı ona görə dayandırdılar ki... “ - Səbuhi Rəhimlidən şok iddialar

Astroloq Səbuhi Rəhimli koronavirus pandemiyası ilə bağlı öz “Youtube” kanalında ilginc açıqlamlar verib.

Astroloq pandemiyanın bitməsi ilə bağlı suallara bu cür cavab verib:

“Düşünürəm ki, iyunun 10-dan sonra hər şey öz qaydasına düşəcək.

Mənə çox suallar verirlər ki, əslində nə baş verir? Bu karantin nə idi, yaxınlarımızdan heç kəs koronavirusa yoluxmayıb və sairə. Bundan əvvəl koronavirusla bağlı çoxlu, xeyli gülməli və ağlagəlməz versiyalar irəli sürürdülər. Kimisi deyirdi ki, “bu əslində virus deyil, “5 G” internet şəbəkəsidir ki, insanlara virus ötürür”, məşhur bir türkiyəli həkim var idi, o da deyirdi ki, “kəllə-paça yeyənə koronavirus yoluxmur”, bəziləri isə bildirirdi ki, “üzərlik yandırsanız, koronavirusa yoluxmazsınız”, kimisi dedi “bu masonların işidir”, kimisi də dedi ki, “ingilsilərlə yəhudilərin savaşıdır” və ya dedilər ki, “3-cü qüvvə rotşildlərə, rokfellerlərə öz gücünü göstərmək üçün bu virusu yayıb” və sairə”.

Astroloq koronavirus bəlasının bir oyun olduğunu iddia edib:

“Mənim ağlabatan bir versiyam var. Dəfələrlə alimlər də həyəcanla xəbərdarlıqlar edirdilər ki, Yer kürəsində kimyəvi sənaye, silahlar o qədər fəsad yaradıb ki, ozon təbəqəsi getdikcə genişlənir və bu dünyamıza fəlakət gətirə bilər.

Hamı, hətta uşaq da bilir ki, koronavirus yoxdur, bu bir oyundur. Amma bu hansı oyundur, onu heç kəs bilmir. Sadəcə, həmin qara dəliyin genişlənməsi nəticəsində Yer kürəsinə elə bir radiasiya daxil olur ki, o da bütün həyatı çökdürə, gözə görünməyən ultabənövşəyi şüaları ilə insanları məhv edə bilər. Ona görə də bütün dünyanı dayandırdılar, sanki dincəlməyə qoydular. Bütün kimyəvi zavodlar dayandı, təyyarələr uçmadı, nüvə silahı istehsal edən strukturlar, şirklətlərin hamısı fəaliyyətini dondurdu. Bununla da səmaya buraxlan o zəhərli qazlara bir növ stop verildi, hətta müharibələr də dayandırıldı.

Ona görə də gah Tramp dedi ki, bu virus apreldə bitəcək, sonra dedilər ki, mayda başa çata bilər. Amma gördüyünüz kimi bu proses hələ də davam edir.

ÜST də sanki ölkələrə barmaq silkələyib deyir ki, onların dediklərinə hansı ölkələr əməl etməsə sanksiyalar tətbiq edilə, cəzalandırıla bilər”.

Səbuhi Rəhimli bəzi astroloqların da səhv məlumat yaydığını deyib:

“Bəzi astroloqlar çıxıb dedilər ki, guya Saturn Dolça bürcünə daxil olanda bu cür olay baş verir. Amma araşdırmalar da bunu sübut edir ki, Saturn bu bürcə daxil olanda tarix boyu bu cür olaylar olmayıb”.musavat.com

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar